Niyə kivini səhər yeməyinə DAXİL ETMƏLİYİK?

Niyə kivini səhər yeməyinə DAXİL ETMƏLİYİK?Çoxları bilmir ki, kividə C vitamini portağaldan iki qat yüksəkdir. Xoş rəng, xırtıldayan qara dənəciklər, şirəli, təravətli və turş ləti ağızda əriyir. Tüklü qabığı altında gizlənən və bənzərsiz qida dəyəri olan bu Asiya meyvəsini "səhər yeməyinin padşahı" elan etmək vaxtıdır.
Publika.az oxucuları kivinin faydalı xüsusiyyətləri ilə tanış edir.
Kivinin tarixi qədim Çindən başlayır, bu qiymətli giləmeyvə məhz orada icad olunub. Əvvəlcə meyvə "Çin motmutusu" adlandırılıb, sonralar isə onu Yeni Zelandiyaya gətiriblər və ölkənin simvolu olmuş kiçik kivi quşunun şərəfinə adlandırıblar. Bu gün kivi meyvəsilə artıq kimisə təəccübləndirmək olmaz, bu bizim gündəlik rasionumuzun hissəsi ola biləcək ləziz məhsuldur. Kivini Fransa, İsrail, Kaliforniya, Yeni Zelandiya və İtaliyada istehsal edirlər. O bütün dünyada məşhurdur. Qeyd etmək lazımdır ki, yeni zelandiyalılar xarakterik nazik qabıqlı və zərif ətirli meyvənin "qızıl" çeşidini istehsal edərək kivi yetişdirməsində Çindən üstün olub.
Tərkibində C vitamini çox olduğundan bədəni enerji ilə təmin edən kivi bütün gün sizi oyaq saxlamaq üçün idealdır. Bu meyvədə çox miqdarda vitamin var: K vitamini osteoporozun inkişafının qarşısını alır, B9 immunitet sisteminin güclənməsinə kömək edir, E vitamini iltihab əleyhinə təsir göstərir və düzgün ürək fəaliyyətini təmin edir. Kivinin tərkibi minerallar və elementlər, xüsusən də kollagen istehsalı və toxuma bərpası üçün lazım olan mis, eyni zamanda həzmi və əzələ tonusunu yaxşılaşdıran kaliumla zəngindir.
Kivi pəhriz və oruc günləri üçün faydalıdır, çünki toxluq hissi verən yüksək keyfiyyətli lifdən ibarətdir. Əlbəttə ki, onun tərkibində karbohidratlar da var, ancaq qlükoza və fruktoza gücü bərpa etmək, beyin fəaliyyətini dəstəkləmək üçün lazımdır, xüsusilə idmanla məşğul olursunuzsa.
Uzun tarix boyu tüklü meyvədən müalicəvi vasitə kimi istifadə edilib - kivi antioksidantlarla o qədər zəngindir ki, gündəlik istifadəsi ürək-damar xəstəliklərinin və bəzi xərçəng növlərinin inkişafına mane olur. Menyuya müntəzəm olaraq kivinin əlavə edilməsi qanda triqliseridləri azaldır və maddələr mübadiləsini tənzimləyir. Onun aktiv maddələri "pis" xolesterin səviyyəsini azaltmaqla yanaşı "yaxşı" xolesterində toplanır, həmçinin xəstəliklərdən, ağırlaşmalardan və əməliyyatlardan sonra yaraların yaxşılaşmasına, bərpasına kömək edir.
Təzə meyvə bərk (lakin kartof kimi deyil) və ləkəsiz olmalıdır. Bu cür meyvələr üç həftəyə qədər soyuducuda saxlanıla bilər. Kulinariya potensialını dəyərləndirməyin: kivi qurman təcrübələri üçün əsl tapıntıdır. Salatlara, piroqa, desertlərə, hətta turşulara da əla dad verəcək. Səhər yulafa və ya yoqurta əlavə edə bilərsiniz. Qoxusu və ekzotik dadı sayəsində bir çox yeməyi daha ləzzətli edəcək.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2123   Tarix: 21 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

geyim və ayaqqabılar sade makiyaj sekilleri toy gecesi biliye aid atalar sozleri körpə gəzintidə qəbizlik qızartma reseptləri kosmetika qızlıq pərdəsi cantalar eqreb nizami gencevi nağıllar