"Niyə utanmalıyam ki?" - Qısa boylu insanların DİQQƏTİNƏ! - VİDEO

"Niyə utanmalıyam ki?" - Qısa boylu insanların DİQQƏTİNƏ! - VİDEOƏvvəllər dərziləri yeni paltarlar tikmək üçün axtarırdıqsa, son zamanlar daha çox şalvar boyunu və köynəkləri yığdırmaq üçün axtarırıq. Niyə son dövlərdə qısa boylu insanlar çoxluq təşkil edir?

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Boy ancaq iş qəbulunda lazım olur da, bəzi işlərdə".

Sakin: "Kompleks yaşamamışam mən, həqiqətən də. Niyə utanmalıyam ki, belə yaranmışam da".

Sakin: "Elə hallar olub ki, uşaqlarla söhbət edəndə qınayıblar ki, boyun balacadır, ona görə problemlər yaşanıb".

Rəşad Əsgərov – sosioloq: "Kiçik boylu insanlar özlərində kompleks hiss edirlər. Özlərindən yuxarı boyluların yanında durmağa, yaxud da şəkil çəkdirməyə, onlarla bir yerdə söhbət etməyə, hətta birgə gəzintiyə getməkdən imtina edirlər və bu kompleks insanları cəmiyyətdən, sosiallıqdan ayırır , sanki onlar cəmiyyətin bir fərdi kimi tam kənara çəkilirlər, özlərinə qapanırlar".

Həkimlər 2, 6 və 12 yaş dönəmlərində uşaqlarda boy artımı müşahidə edildiyini deyir. Uşaqların qız və oğlan kimi formalaşmasında isə ən vacib olan yaş dönəmi 6-10 yaş aralığı hesab olunur.

Mehriban İbrahimova – pediatr: "Qız uşaqları müəyyən yaş dövründə yetişkənlik dövrünə çatana qədər boyunu əldə etməlidir, oğlan uşaqlarında isə əksinə. Yetişkənlik başlayandan sonra boyunu azaltmalıdır. Və bu dövrdə hər bir boyun inkişafına təsir edə biləcək orqanlar var. Məsələn 6-11 yaş dövründə bu qalxanvari vəzin üzərinə düşürsə, 11-14 yaş dövründə cinsi orqanların üzərinə düşür".

Mütəxəssislər hər bir uşağın xoronoloji yaşı yəni pasport yaşı ilə bədən yaşının yəni sümük yaşının fərqli olduğunu deyir. Yaşla boyun uyğunluğunu müəyyən etmək üçün həkimə müraciət etmək isə mütləqdir.

Mehriban İbrahimova – pediatr: "Sümük yaşı ilə bioloji yaşın üst-üstə düşüb düşməməsi təyin edilməlidir. Əgər 2 ilə qədər kənara çıxma varsa, biz onu yenə də norma kimi qəbul edirik. Yəni buna fizioloji geri qalma deyirik. Yox əgər sümük yaşı ilə xronolji pasport yaşı arasında olan yaş fərqi 2-dən çoxdursa bu artıq yalançı nanizmdir, yəni yalançı cırtdan boyluluq hesab olunmağa başlayır".

Boy artımında qidalanma faktoru da vacib göstəricilərdəndir. Yaxşı olardı ki, menyunuzda zülal və minerallara daha çox yer ayırasınız. Bundan əlavə qış fəslində feyxoa, qara xurma, kök, çuğundur, yayda isə daha asan həzm olunan albalı, alma, şaftalı, ərik və allergiyası olmayan insanlara çiyələk yemək məsləhətdir. Boyun sürətli artımında idmanın da rolu əvəzsizdir.

Rəşad Əsgərov – sosioloq: "Kütləvi tədbirlər xüsusilə də idman yarışları, olimpiadalar artırılmalıdır. Fiziki cəhətdən idman yarışlarının müəyyən qədər gənc və yeniyetmə yaşlarında olan uşaqların boy artımına təsiri daha çox ola bilər. Xüsusilə də idman stadionları, idman kompleksləri olsun əlçatan qiymətə olmalıdır ki, bütün vətəndaşlarımız bundan istifadə edə bilsin".

Mütəxəssislərin verdiyi məsləhətlərə düzgün əməl edilsə, gələcəkdə boyla bağlı hansısa problemlər də aradan qalxar. Bunun üçün də qidanıza və aktivliyinizə diqqət etməyiniz kifayət edir.

Xəbərlər     Baxılıb: 1415   Tarix: 28 yanvar 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geyim dəbləri aksessuarlar geymler 2026 gecəliklər elm haqqinda atalar sözləri qanda viruslar sudun terkibi kosmetika ikizler maraqli hakistalar laylalar aybawi sevda