Nüvə silahı atılarsa, insanları nə gözləyir, xilas şansı varmı? - Orqanizmə 5 təsiri

Nüvə silahı atılarsa, insanları nə gözləyir, xilas şansı varmı? - Orqanizmə 5 təsiriRusiya Ukrayna müharibəsinin pik nöqtəsində Putin nüvə raketləri qüvvələrnin hazır vəziyyətə gətirilməsi barədə göstəriş verməsi ilə III dünya müharibəsinin başlaması və nüvə müharibəsi barədə gümanları həqiqətə bir addım da yaxınlaşdırdı.
Əgər hər hansı nüvə başlığına sahib ölkə düyməyə basarsa və nüvə hücUmu olarsa, yaxın uzaq ölkələrin əhalisinI nələr gözləyir? Nüvə silahı orqanizmə necə təsir göstərir? Hansı xəstəliklərə səbəb olur. Bundan qorunmaq mümkündürmü?
Milli.Az medicina.az-a istinadən bildirir ki, nüvə silahı partladığı ölkədən, ərazidən min kilometlərlə radiusda - yəni 4 tərəfə ətraf mühit və orda yaşayan insanlara dağıdıcı təsir edir.
Ona görə bir ölkəyə nüvə hücumu onunla qonşu bütün regiona təsirsiz ötüşmür.
ABŞ və Rusiyanın arsenalında olan nüvə başlıqları əfəe müharibədə tətbiq olunarsa, iqlim fəlakətləri, faciəvi nəticələr, elmi dildə "nüvə qışına" səbəb olacaq.
Hətta çok kiçik miqyasda və cəmi 2-3 dəfə atılacaq nüvə raketi regionda yüzlərlə yanğn törədəcək ki, yanğınlardan strotosferə atılan qazlar Günəş işığın blok edib, dünyasının böyük qismində "Qış alatoranlığı" yarada bilər.
Nüvə müharibəsi o deməkdir ki, insanlar tüstü və zəhərli hava ilə nəfəs alacaq, içməli su təminatı məhv olacaq.
Əksər insanlar nüvə partlayışı ərazisində olmasa da, sonradan "Nüvə qışının" təsirindən ciddi ərzaq və su çatışmazlığına görə acından öləcək.
Hətta kiçik ərazili regional nüvə müharibəsi - indiki halda Rusiya Ukrayna və ya Avropa sərhədlərinə tətbiq edərsə, qlobal miqdasda 50 milyon insanın acından ölməsinə gətirib çıxara bilər.
Qlobal faciə indiki və gələcək nəsillərin də sağlamlığına ciddi təhlükə olacaq.
1983-cü ildə Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hər bir həkim nüvə silahı tətbiqindən sonra insanlara yardım və müalicənin prinsiplərini bilməlidir. Lakin həkimlərin birinci vəzifəsi nüvə müharibəsinin qarşısını hər yolla olur-olsun almaq, buna yol verməməkdir.
Çünki nüvə hücumu olarsa, sonradan insanlara həkimlər heç bir kömək edə bilməyəcək. Çünki nüvə partlayışının fəsadları qarşısında tibb acizdir.
Nüvə silahı atılan region və radiusda şəhərlərdə xəstəxanalar, klinkalar da yanacaq və ölən insanlar içində həkimlər, tibb işçiləri də olacaq. Regiona nüvə silahının atılması həm də orda olan bütün həkim, tibb işçisinin məhvi deməkdir.
Nüvə partlayışı insanı necə yaralayır: intensiv istilik və qaynar hava dəridə, gözlərdə, tənəffüs yolarında ciddi yanıqlar törədir, zərbə dalğası və küləyin təsirindən binalar, obyektlər dağılır və dağıntı xəsarətlərindən insanlar yaralanır, yüksək dozalı şüalanma nəticəsində insanlarda cəmi bir neçə ay ərzində bədxassəli şişlər və xərçəng xəstəlikləri baş qaldırır. Nəticədə insanlarda ağciyərdən tutmuş beyin, qan xərçənginə kimi ciddi onkoloji xəstəliklər diaqnoz olunur.
Radioaktiv zərərli maddələr dolayı yolla bitkilər, su, qida, hətta heyvanların əti ilə də orqanizmə daxil olacaq.
Nüvə hücumundan və nüvə raketinin partlamasından sonra böyük ərazidə ən azı 3 il radioaktiv çirklənmə pik həddə olur.
1963-cü ildən bəri nüvə silahları atmosfer səviyyəsində sınaqları aparılır, elə o vaxtdan və Çernobıl AES-də qəzadan sonra Avropa və keçmiş SSRİ- ölkələrində xərçəng xəstəliyi və uşaq xəstəlikləri tüğyan etməyə başladı.
Dünya Səhiyyə təşkilatı nüvə silahlarının fəsadlarını insan orqanizmi üçün faciəvi və geri dönüşü olmayan məhv prosesi kimi qiymətləndirib və dövlətləri nüvə silahı təcrübəsi və tətbiqindən çəkinməyə çağırıb.
Bu elə bir müharibədir ki, heç bir dərman, sarğı və əməliyyat, heç bir yüksək səviyyəli tibb onun yaralarını sağalda bilməyəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1214   Tarix: 28 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadin sayti kosmetoloq reseptler yagli saclar ucun meslehetler kartof maskasi uz ucun reseptlər sanamalar kosmetika namiq qaraçuxurlu intim qaynana terezi qiz evi