Öd kisəsi əməliyyatı haqqında bilinməyənlər
Öd kisəsi əməliyyatında qızıl standart laparoskopik kolesistektomiya dediyimiz bağlı üsulla edilən əməliyyatdır. Bu əməliyyat ümumi narkoz ilə yəni xəstə yatırdılaraq edilir.
Xanim.az deyerler.org-a istinadən bildirir ki, əməliyyatda cəmi 4 ədəd troakar istifadə edilir. Göbəkdən 5mm böyüklüyündə kəsik edilərək 5lik portla qarının içinə daxil olunur, qarın karbon 4 oksid qazı ilə şişirilərək beşlik kamera ilə öd kisəsi, qaraciyər və qarın içindəki digər orqanlar nəzərdən keçirilir. Öd kisəsi xüsusi incə alətlərlə tutulur, öd kisəsi kanalı və arteriyası burğu şəklində kliplər qoyularaq kəsilir və öd kisəsi qaraciyərdən ayrılır, daha sonra çölə çıxarılır. Yara yerlərinə estetik tikiş qoyularaq əməliyyat bitir.
2 - Öd kisəsi əməliyyatının əvvəlində hansı hazırlıqlar edilməlidir?
Bütün əməliyyatlarda olduğu kimi xəstənin yaşı və vəziyyətinə görə qan analizləri, ağciyər və ürək müayinələri edilir.
3 - Öd kisəsi əməliyyatı neçə saat davam edir?
Xəstənin çəkisinə və cərrahın təcrübəsinə görə müddət dəyişiklik göstərsə də, öd kisəsi əməliyyatları 15 ilə 45 dəqiqə arasında çəkir.4 - Öd kisəsi əməliyyatından sonra qidalanma necə olmalıdır?
Əməliyyatdan 3 saat sonra xəstəyə sulu qidalar verilir, axşam yüngül bir yemək və səhər nahar verilir. Əməliyyatdan sonra ilk 6-8 həftədə xəstələr həddindən artıq yağlı yeməklər, yumurta sarısı (yumurta ağı sərbəst), şokolad, fındıq fıstıq kimi yağlı quru yeməklərdən uzaq durmalıdırlar.
f Paylaş








Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?