Öd kisəsi və böyrək daşlarını ağrısız əridərək salan, qaraciyəri təmizləyən tərəvəz suyu
Saqlamheyat.az kartof suyu təmizləyici keyfiyyətə də malikdir. Bu özəlliyi ilə qaraciyər və öd kisəsində problemi olanlar üçün təbii dərman sayılır. Buna görə səhərlər ac qarına 150 qrama qədər kartof suyu içmək məsləhətdir. Bu yolla sidik yolunda daşı olanlar da təsirini görmüş olurlar. Yaranmış daşların təmizlənməsinə yardımçı olmaqla yanaşı həm də daş yaranması riskini də azaldır.
Kartofun dəri üzərindəki effektini hər kəs bilir. Gözaltı qaralar, yaralar və şişkinliklərə qarşı kartof həmişə bir həll yolu kimi görülüb. Eqzema, dəri ləkələri, quru və qaşıntılı dəri üçün kartof suyunun möcüzəvi təsiri var. Kartof suyu həm də saç köklərini bəsləyir, daha gur və sağlam saçlara qovuşdurur. Bunun üçün kartof suyunu yumurta ağı və balla qarışdırıb saçlara sürtün və yarım saat sonra saçlarınızı şampunla yuyun.
Kartof suyunun dadını xoşlamayanlar kartof suyuna limon, ya bal qarışdırıb içə bilərlər. Balla qarışdırıb içmək qida zəhərlənməsinə qarşı da effektlidir.
Kartof suyunun istifadə qaydaları
İki həftə səhər və axşam ac qarına yeməklərdən yarım saat əvvəl 150 qr kartof suyu için. Sonra iki həftə ara verin və yenə iki həftə eyni şəkildə için.
Bağırsaq xərçənginə qarşı kartofu qaynatdığınız suyu da içə bilərsiniz. Kartofu ağzı bağlı qazanda çatlayana qədər qaynadın, axşam və günorta yeməklərindən əvvəl bir stəkan için.
Kartofları evdə soyuducuda saxlamayın. Kartof istini sevən bir tərəvəzdir. Soyuducuya, ya sərin yerə qoyulan kartofda şəkər yaranır və bu şəkər kartofun faydalarını azaldır, kanserogen bir maddədir. Yuyarkən soyuq suda yuyun. Kartof qabıqlarının bağırsağa faydalı olduğunu unutmayın, buna görə qabıqlı yeyin.
Kartof alarkən zədələnmiş, qaralmış, cücərmiş kartof almayın.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi