Oftalmoloq: "Müasir sürmələr gözlər üçün təhlükəlidir
Oftalmoloq, Rusiya Dövlət Dumasının Səhiyyə Komitəsinin eksperti, professor, tibb elmləri doktoru Tatyana Şilova bildirib ki, kontakt linzaları taxan və eyni zamanda keyfiyyətsiz sürmə istifadə edən şəxs görmə qabiliyyətini itirə bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, belə ki, keyfiyyətsiz kosmetik vasitələrin tərkibindəki zəhərli maddələr intoksikasiyaya səbəb olur.
"Belə məhsullardan istifadədən sonra gözlər qızarır, sulanır, görmə keyfiyyəti azalır. Allergik reaksiya baş verərsə görmə orqanında qaşınma, yanma hissi əmələ gələ bilər. Bu, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır və uzun müddətli müalicə tələb edir. Bəzən isə hər şey gözün itirilməsinədək çox ciddi fəsadlara gətirib çıxara bilər", - deyə həkim izah edib.
Oftalmoloq əlavə edib ki, toksik-allergik reaksiyalar gözün buynuz qişanın iltihabına səbəb olur. Bu xəstəlik nəticəsində, müalicədən sonra belə görmə keyfiyyəti azalır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi