Oğlan övladı istəyənlər bu yazını - MÜTLƏQ oxusun

Oğlan övladı istəyənlər bu yazını - MÜTLƏQ oxusunDeyirlər, utananın oğlu olmur. Bu sözdə hər nə qədər hikmət olduğu bilinməsə də, hər bir halda "od olmayan yerdən tüstü çıxmaz". Atalarımız boş yerə məsələ deməzlər. Odur ki, işinizi bəri başdan ehtiyatlı tutun və utancaqlıq hissini öldürün.

Utancaq birisiniz? Çoxlu insanlar arasında sizə yönəlmiş baxışlardan sıxılırsınız, ürəyiniz tez-tez döyünür, nəfəsiniz daralır və yanaqlarınız tez bir zamanda qızarırsa, psixoloq məsləhətlərinə əməl edin.

Araşdırmalar nəticəsində qadınların daha çox utancaq olduqları ortaya çıxıb. Əgər tanımadığınız insanla eyni mühitdə olarkən utanırsınızsa, bu, ciddi problem deyil, əksinə siz normal birisiniz.

Yanaqlarınızmı qızarır?

Əgər yeni bir iş mühitində özünüzü təqdim etmək üçün ayağa qalxarkən, yanaqlarınız qızarırsa, səsiniz titrəyirsə, çoxlu insanlar qarşısında danışmaqdan hər zaman qaçırsınızsa, deməli, utancaq birisiniz. Ancaq hamı söhbətcil, məsələlərə utanmadan müdaxilə edə bilən biri olmaq məcburiyyətində deyil. Bunu unutmayın.

Özünüzə nəzarət edin

Utancaqlığınıza görə bəzi uğurlu fürsətləri qaçırdığınızı düşünürsünüzsə, artıq davranışlarınıza nəzarət etməyin vaxtı çatıb. "Daimi xoşbəxtlik" layihəsinin rəhbəri olan ABŞ psixoloqu Artest Battler utancaqlığın həll edilməyəcək bir problem olmadığını bildirib.

Utancaqlığın səbəbini araşdırmaq lazımdır

Psixoloq Artest Battlerin məsləhətlərinə uyğun olaraq utancaqlığın yox edilməsinin sirlərini sizə təqdim edir.

Bəzi lazımsız düşüncələrdən xilas olun

Utancaqlıqla birgə yaşamaq çox çətindir. İnsanlar arasında axmaq vəziyyətə düşmək, rədd edilmək kimi qorxular sizi passivləşdirməsin. Utancaq qadın hər zaman pis düşüncələrlə özü özünü pis vəziyyətlərə salır. Bunun üçün bəzi yalnış düşüncələrdən uzaq durmalısınız.

Probleminiz haqda bol-bol danışın

Dostunuzla, həyat yoldaşınızla utancaq olduğunuz haqda çoxlu danışın. Ancaq bunun böyük problem olmadığını unutmayın. Əgər yeni mühit sizi utandırırsa, qorxmayın. Yeni insanlarla tanışlığa, yoldaşınızla qonaqlıqlara getməyə cəhd edin. Əgər ürəkdən istəsəniz, utancaqlığınızı yox edə biləcəksiniz.

Dostlarınızdan kömək istəyin

Əgər insanlarla danışmaqdan utanırsınızsa, daha sosial və söhbətcil olan bir dostunuzdan bu haqda kömək istəyin. Dostunuzdan sizi yeni insanlara tanış etməsini, sizi tanış edərkən sizin ifadə edə bilmədiyiniz müsbət özəlliklərinizi deməsini istəyin.

Hamıdan nəyə görə fərqli olduğunuzu ortaya çıxarın

Utancaq qadın qarşı cinsin nümayəndəsinin diqqətini çəkməsi üçün ilk öncə fərqli olmalıdır. Çoxlu insanlar arasında fərqliliyinizi göstərə biləcək özəlliyinizi ortaya çıxarın. Fərqli olduğunuzu hiss etdiyinizdə artıq utanmayacaqsınız. Əgər "bu çətindir" deyə düşünürsüzsə, xatırlamalısınız ki, siz artıq utancaqlığa qalib gəlmək istəyirsiniz.

Düzgün addımlar atın

Əgər yeni tanıdığınız biriylə danışarkən utandığınızı hiss edirsinizsə, dərhal qarşınızdakı insana bir sual verin. Ancaq sualın axmaq sual olmamasına çalışın. Heç danışmadan üzünə baxmaqdansa, sual verməyiniz onun söhbət etməsinə şərait yaradacaq və beləliklə, hər şey öz yoluna düşəcək. O, sözünü bitirdikdə siz də ona verdiyiniz sualı cavablandıraraq söhbəti uzada bilərsiz. Bu, imkansız deyil.

Ailə və Uşaq     Baxılıb: 6794   Tarix: 06 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

turlar.az

makiyaj instagram həkim məsləhəti geyim dəbləri salatlarin hazirlanmasi qadin saytlari sonsuzluq maraqli pecenyeler kosmetika qadin.az mekteb naz mila gulmeli hakista oğlaq