Oğlu həbsdə olan əməkdar artistdən ÜRƏKPARÇALAYAN SÖZLƏR: "Zəng vurub yalvardı ki..."

Oğlu həbsdə olan əməkdar artistdən ÜRƏKPARÇALAYAN SÖZLƏR: "Zəng vurub yalvardı ki..."Çoxdandır görünmür. Səhhətində yaranan problemlərə görə müalicə olunan aktyor bir müddət xəstəliklə mübarizə apardı. Dərd gələndə batmanla gəlir. Bunun ardınca oğlu, müğənni Emil Rəhmanov həbsxanaya düşdü.

Əməkdar artist Rəhman Rəhmanovla hal-əhval tutduq. Söhbət əsnasında oğlunun da durumu ilə maraqlandıq, hərçənd bu barədə danışmaqdan qətiyyətlə imtina etsə də, sonda bizi qırmadı...

Xanim.az aktyorun Milli.Az-a müsahibəsini təqdim edir.

- Rəhman müəllim, bu qədər filmlər, seriallar çəkilir, amma sizi görə bilmirik. Dəvət etmirlər, yoxsa özünüz çəkilmirsiniz?

- Serialda oynamaq asan iş deyil. Gecə-gündüz çəkilişlər, ayaq üstə yorğunluq, vaxt itkisi, səhhətimdə olan müəyyən problemlər çətinliklər yaradır. Gərək zəhmətin də qiymətləndirilsin. Qiymətləndirilməyəndə istəmirsən çəkiləsən. Mənə də qonorar sərf etmədiyi üçün təkliflərdən imtina edirəm.

- Amma sizi türklərin çəkdiyi bir serialda görmüşük... Belə çıxır ki, o serialda qonorar qane eləmişdi sizi?

- Bəli, indiyə qədər cəmi bir serialda oynamışam, onu da türklər çəkiblər. "Cavanlıq" adlı həmin serial 50 seriyadan ibarətdir. Universitetin kafesində müdir rolunu oynamışam, normal da qonorar veriblər. Osman Albayrak çəkmişdi.

- Nə qədər qonorar verdilər?

- Günümə 200 manat. Hər çəkilişdə yeməyimi-içməyimi verirdilər, maşınla evə aparıb-gətirirdilər, mənə yüksək səviyyədə qulluq olunurdu, üstümdə əsirdilər. İndi o serialdan sonra gəlib günümə 50 manata çəkilmək istəmirəm. Türklər aktyora qarşı çox diqqətli davranırlar. Hətta həmin serialın sonunda çəkiliş pavilyonunda mənə dedilər ki, əgər sən Türkiyədə bu seriala çəkilsəydin, indi milyoner idin. Tək türklər deyil e, bütün dünyada aktyorun zəhmətinə yüksək qiymət verilir. Aktyor açıq havada çəkilirsə, onun altına stul qoyurlar, başına çətir tuturlar ki, gün vurmasın. Deyirlər, aktyor əmanətdir, film qurtarana qədər onun üstündə əsəsən gərək. Bizdə isə belə diqqət-qayğı yoxdur. İndiki dönəmdən danışıram e, sovet vaxtından yox. Mən o vaxtlar filmə də çəkilmişəm, tamaşada da oynamışam, aktyora xüsusi qayğı görmüşəm. İndi rejissor deyir, bu mənim filmimdir, necə istəyirəm, elə də çəkirəm, elə istədikləri kimi də qonorar verirlər. Amma sonda aktyor gözə görünür. Aktyor kamera qarşısında elə oynamalıdır ki, xalq onu bəyənsin. Aktyor günün altında, saatlarla çəkiliş meydançasında ac-susuz qalarsa, bu, düzgün deyil.

- Amma xalq artistlərimiz var ki, o az pula çəkilirlər...

- Məcburdurlar çəkilsinlər, çünki ehtiyacları var. Hətta bizim gənc aktyorlarımız var ki, özlərini sırf sənətə həsr edə bilmirlər, kloun kimi məclislərə gedir, başqa-başqa vasitələrlə qazanc arxasınca düşürlər. Bu da xalturaya gətirib çıxarır. Çünki o da lüks həyat yaşamaq, gün görmək, əylənmək istəyir. Hansı ki, əslində aktyor sənəti ilə məşğul olandan sonra gedib gecə evində rahat dincəlməlidir.

- Sovet dövründə qazancınız dolanışığa bəs edirdi?

- Mən kinoda az çəkilmişəm, cəmi altı filmdə rol almışam. Amma televiziya və radioda 35 il sərasər tamaşalara çəkilmişəm. 150 manat maaş alırdıq, hər il istirahət üçün başqa ölkələrə də gedirdik. 200-300 manat məvaciblə hər kəs özünə maşın alırdı. Bir televiziya tamaşasına çəkiləndə ayda 450-500 manat pul alırdıq. İndi gedib 50 manata çəkilərsən, amma heç olmasa bilərsən ki, bu pula bir zənbil bazarlıq edə biləcəksən. Bu da mümkün deyil axı. Buna görə də çəkilmirəm.

- Aktyor həm də yaxşı qazanmalıdır ki, lüks həyat yaşasın, yaxşı geyinib-kecinsin.

- Brend almağa maliyyə cəhətdən gücüm çatmasa da, həmişə yarımbrend geyinmişəm. Dövlətdən yaxşı təqaüd alıram. Sağlamlığım əl vermir, qazancımın yarısı dava-dərmana gedir. Yoxsa istədiyim kimi brend geyimlər alıb geyinərəm. Dünən bir geyim mağazasına getmişdim, bir papaq xoşuma gəldi. Satıcı qıza dedim ki, bunun qara rəngi varmı? Qız qayıtdı ki, neynirsiniz qara rəngi, indi rənglərin qarışığı dəbdədir. Cavanların zövqü indi dəyişib. Buna görə də geyim məsələsi asanlaşıb. Əlinə nə keçir, bir-biri ilə yaraşdırıb geyinirsən. Küçədə səni qəribə baxışlarla süzməyəcəklər, deyəcəklər ki, dəbdir. Amma əvvəllər belə deyildi, mütləq kostyum, ona uyğun köynək, qalstuk geyinməliydin. İndi geyim almaq ərzaq almaqdan daha asandır.

- Deyirlər, kişinin bəxti bir də onda gətirir ki, qarşısına yaxşı arvad çıxır.

- Mən bəxtigətirən kişilərdənəm. Qadın istəsə, kişini özündən tez də öldürər, istəsə də gec. Ona görə də qarşısına yaxşı qadın çıxan kişi şanslıdır.

- Bəs xanımınız necə, sizinlə ailə qurduğuna görə şanslıdır?

- Onun bəxti onqat artıq gətirib ki, qabağına mən çıxmışam (gülür). İndiki gənclərə də məsləhət görərdim ki, ailələrinin qədrini bilsin. Mehriban olmaq puldan, vardan, yaxşı yeyib-içməkdən asılı deyil. Ortada sevgi-istək, hörmət olmalıdır. Pul, var gəldi-gedər şeylərdir. Ataların bir misalı var e, quru çörəyin olsun, amma bəxtin olsun. Mən amma deyirəm ki, qara çörəyim olsun, amma bəxtin həmişə belə yaxşı olsun.

- Oğlunuz necədir, hələ həbsdən buraxılmayıb ki?

- 5-6 ayı qalıb, inşallah, çıxacaq.

- Yanına gedib görüşürsünüzmü? Çünki bir ara eşitdik ki, oğlunuzdan incimisiniz...

- Oğlumdan incimişdim, amma onu heç vaxt atmamışam. Bir ara yazdılar ki, guya oğlumdan imtina eləmişəm. Yalan söhbətdir. Bir nəfər zəng elədi, salam-kəlam eləməmiş dedi ki, oğlunuzdan imtina eləmisiniz? Hirsləndim ki, ailə işimə qarışmayın. Elə acığımdan dedim ki, özüm bilərəm, oğlumdan imtina edərəm, ya etmərəm. Götürüb hər yerdə yazdılar ki, Rəhman oğlundan imtina edib. Siz də oğlumla bağlı sual verdiniz, amma yaradıcılıqdan, ordan-burdan soruşa-soruşa bu mövzuya keçdiniz. Gördünüz ki, heç hirslənmədim də. Hər kəs bilir ki, mən bu barədə danışmaq istəmirəm, mənə çətindir.

- Amma incikliyiniz vardı oğlunuzdan, indi münasibətiniz necədir?

- Hə, incimişdim, həbsdə olanda dəfələrlə zəng elədi, götürmədim. Həyat yoldaşıma zəng elədi ki, atam mənimlə danışsın. Danışmadım yenə. Dəfələrlə türmədən mənə zəng elədi, yalvardı ki, ata, məni bağışla, buradan çıxandan sonra düzgün həyat yaşayacam. Teymur Əmrah məni götürüb türməyə getdik, orada da and içdi ki, sonuncu dəfə söz verirəm, düzələcəm. Əslində çox adam elə bilirdi ki, oğlum narkotik istifadə edir, yox, içkiyə qurşanmışdı, bu da onu səhv yollara apardı. Oğlum çox istedadlı uşaqdır, onun sənətini xalq da sevir. Nə qədər fanatları var, məni yandırıb-tökən də budur ki, belə istedadın ola, amma özünə qiymət verə bilməyəsən. İnşallah ki, həbsdən çıxandan sonra bir də keçmişə qayıtmaz, sənəti ilə məşğul olar, mən də ona baxıb ata kimi qürur hissi keçirərəm.

Xəbərlər     Baxılıb: 4181   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

.

İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər

Bir sıra ölkələri əhatə edən güclü isti hava dalğası insanların səhhətinin qəfil pisləşməsinə və bəzi xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Yüksək temperatur yalnız susuzlaşma və günvurma riski yaratmır.  xarici mediay

.

Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər

Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarınd

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

.

İnsultdan əvvəl görünən təhlükəli əlamətlər

Nevroloqlar insultdan əvvəl ortaya çıxa bilən gizli əlamətlərə diqqət yetirməyə çağırıblar. xəbər verir ki, insult bəzi hallarda qəfil baş vermir və beyin günlər, hətta həftələr əvvəl müəyyən siqnallar verə bilər. Lakin b

.

10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız

Yuxuya getmə müddəti insanın sağlamlığı haqqında vacib məlumat verə bilər. Mütəxəssislərin fikrincə, ideal vaxt 10-20 dəqiqədir. xəbər verir ki, davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerupun sözlərinə görə

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma

"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişa

.

Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır

Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağı

turlar.az

aksessuarlar makiyaj instagram kosmetoloq seksual hereketler nar bilerziyi salati hiperaktiv usaqlarin mualicesi yemişan faydaları kosmetika buga burcu sağlamlığın sirleri hüzeyir hacibəyov statuslar cinsi elaqe