"Ölənlərə diqqətlə baxın" - Peyvənddən imtina edənlərə mühüm çağırış
Türkiyəli professor Yeşim Taşova koronavirus əleyhinə peyvəndə qarşı çıxanlara çağırış edib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, o, "Peyvəndə qarşı çıxamaqla ən yaxın dostlarını itirən həkimlər var. İnsanlar bunları görməlidir. Daha çox insan peyvənd olunmadan ölüb, - söyləyib.
Türkiyəli professor ölkədəki peyvəndlənmə durumunun nə yerdə olduğunu belə şərh edib:
"Koronavirus epidemiyasına qarşı mübarizə davam edir. Virus yeni variantlar yaratsa da, virusa qarşı ən təsirli silah peyvənddir. Səhiyyə Nazirliyinin məlumatına görə, 18 və daha yuxarı yaşda olanların birdəfəlik peyvənd olunma nisbəti 90 faizi ötüb. Ən azı iki doza peyvənd alanların nisbəti 80 faizi ötüb.
Lakin bəzi ölkələrdə olduğu kimi Türkiyədə də peyvənd əleyhinə etirazlar davam edir. Sosial şəbəkələrdə peyvəndin əleyhinə çıxan vətəndaşlar çoxlarını çaşdırır. Virusun mutasiyasına görə mütəxəssislər tərəfindən peyvəndin 3-cü dozası təyin edilir".
Yeşim Taşova peyvənd dozalarının mərhələləri haqqında da danışıb:
"2 doza peyvənd edildikdən müəyyən bir müddətdən sonra antikor səviyyəsinin azaldığını göstərən araşdırmalar var. Təbii ki, bu, gələcəkdə daha ətraflı izah ediləcək, lakin antikor səviyyəsi azaldığında, birmənalı şəkildə peyvəndin 3-cü dozası verilməlidir. Bu, xüsusilə "Sinovac" peyvəndini vurduranlar üçün vacibdir.
Hətta "Biontech" tərəfindən də peyvəndin 3-cü dozasının vacib olduğu açıqlanmışdı. Hər bir mutasiyaya uğramış variant peyvəndin təsirindən yayınmağın bir yolunu tapmağa çalışa bilər. Ona görə də virus orqanizmə daxil olduqda onun çoxalmasının qarşısını almaq üçün anticisimlər yaratmaq lazımdır və bunu ancaq peyvəndlə etmək olar".
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Dilarə Kazımova ölkə üzrə top 10-a daxil oldu
Dərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq
Abbas Bağırov buna görə Gəncəyə köçüb
Hollivud ulduzu təhlükəli ərazidən çıxarıldı - Fotolar
Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı
Çox təhlükəli VİRUS: Yeni karantin qapıda
D vitamininin ziyanı üzə çıxdı
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır