Ölülərin paltarlarını geyinən 23 yaşlı qız: "Sinif yoldaşlarımın zibilə atdığı yeməkləri..." - FOTO
Anadangəlmə bud-çanaq oynaq çıxığı xəstəliyindən əziyyət çəkən 23 yaşlı qızın sözləri hər kəsi göz yaşına boğub.
Xanim.az BiG.AZ-a istinadən xəbər verir ki, 23 yaşlı Birsən Taş bildirib ki, ailəsi kasıb olduğu üçün uşaqlıqdan ölülərin paltarlarını geyinərək böyüyüb: " Oxuyub həkim olmaq istəyirdim. Amma olmadı. Mən də sağalıb hər kəs kimi sağlam olmaq istəyirəm. Mənim həyatım film kimidir. Yaşadığım həyat acınacaqlıdır. Uşaqlıqdan ələ salınıb, döyüldüm. Anam bizi ölülərin paltarını geyindirərək böyütdü. 23 yaşım var. Hələ də bir ölünün çarpayısında yatıram. Məktəbdə gizlincə sinif yoldaşlarımın atdığı yeməkləri yeyirdim. Heç kim maraqlanmadı. Ona görə şikəst qaldım. Hansı həkimə getdimsə mənə bir çarə edən olmadı. Ayağıma görə çölə çıxa və bir iş görə bilmirəm. Mənim də xəyallarım var. Gənc qızam. Evlənib gəlinlik geyinmək istəyirəm. Xeyirsevər insanların pulları ilə həkimə gedirəm. Biz evdə 5 uşağıq. Dördümüz əlilik. Onların yaxşı yaşamasını, hər kəs kimi yeyib, içməyini istəyirəm. Bütün həkimlərə səslənirəm. Mənim xəstəliyimə artıq bir çarə tapsınlar".
Qeyd edək ki, Rabia və Rəcəb Taş cütlüyünün 5 uşağından biri olan Birsən Taş anası evdə doğum edən zaman o, bud-çanaq oynaq çıxığı ilə dünyaya gəlib.
f Paylaş








Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?