"Ölüm bir gün sizin də qapınızı döyə bilər" - əməkdar artist
"Bəzi saytlar mənim ölüm xəbərimi yaydı. Nə məqsədlə, kimin sifarişi ilə bilmirəm. Buna sevinənlər də oldu, kədərlənənlər də. Amma hər kəs bilir ki, ömrü verən də, alan da Allahdır".
Xanim.az xəbər verir ki, bu sözləri əməkdar artist Naibə deyib. O barəsində ölüm xəbərini yayanlara belə cavab verib:
"Esas odur ki, bu ömrü dəyanətlə yaşayasan. Özündən sonra azacıq da olsa bir iz qoyub gedəsən. Əgər mən bu gün sənətimlə bir çox insanların qəlbinə yol tapıb sevgi qazanmışamsa, deməli, bu həyatı boş yaşamamışam. Dünyaya gəldiyim gündən həyat məni çox sınağa çəkdi. Vurdu, sürüdü, yıxdı, yaraladı, amma qəlbimdən insanlara qarşı sevgi-mərhəməti ala bilmədi. Qəlbimi kin-kidurətlə doldura bilmədi, buna görə xoşbəxtəm. Mənim ölüm xəbərimi eşidib sevinənlərə demək istəyirəm ki, heç kim xəstəlikdən, ölümdən sığortalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm. Allah sizi hidayət etsin, qəlblərinizə mərhəmət hissi bəxş etsin! " BiG.AZ












Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir