Ombre effekti manikür
Sizinlə birlikdə dəbli manükür olan "ombre" edək. Amma əvvəlcə gəlin ombre sözünün mənasına aydınlıq gətirək. Ombre - fransızcadan tərcümədə "kölgə vermək" mənasını bildirir. Dırnaqların belə dizaynı "dip dye" da adlandırırlar. Bu halda rənglənmə dırnaqların (eləcə də saçların) dibindən uclarına qədər olmalıdır. Üst qisimləri tünd, uclara doğru daha açıq (fərqli olacaq qədər) rənglər seçilir. Belə rənglənməni dalğalı da adlandırmaq olar. Çünki rəng digərinə keçərkən dalğa effektini yaradır, çox dəbli və gözəl görünür.
İndi isə ombre manükürün necə edilməsi ilə tanış olaq.
Sizə lazım olanlar:
- Ən azı 2 müxtəlif rəngli dırnaq boyaları. 3 və 4 də ola bilər
- Süngər və ya pambıq. Bir neçə diş çöpü
- Rəngsiz, parlaq dırnaq boyası
Əvvəlcə dırnağınıza lak çəkin. Sonra kiçik bir qab götürün. Onun üzərinə dırnağınıza çəkdiyiniz boyadan və yanına digərindən əlavə edin. Diş çöpünün köməyi ilə yalnız kənarlarını qarışdırın. Süngəri həmin qarışığa batırın. Sonra boyalı dırnağın üzərinə qoyaraq, astaca sıxın. Dırnağın kənarlarında əsas boya, uclarında isə rəngli boya alınacaq. Dırnağın ətrafındakı ləkələri istənilən yağlı krem vasitəsi ilə təmizləyin. Sonra isə dırnağın üzərinə rəngsiz boya çəkin.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq