"Omicron" ştamı dünyaya nə vəd edir?

Xəbər verdiyimiz kimi, ilk dəfə Cənubi Afrikada aşkar edilən COVID-19-un "Omicron" ştamı bütün dünyada yayılmağa davam edir.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Omicron" nədir, onun simptomları necədir?" sualı hazırda internetdə ən çox axtarılan mövzulardan biridir.
"B.1.1.529" kimi tanınan ştamın yeni adı "Omicron" olub. Dünəndən etibarən dünyada əsas mövzulardan biri "Omicron" ştamıdır.
Ölkələr təşviş vəziyyətində bir-birinin ardınca tədbirlər görür. Yeni ştamla bağlı qorxulu detallar bir-bir ortaya çıxmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən yazılı açıqlamada, "B.1.1.529" adlı yeni mutasiyasının adını dəyişərək "Omicron" adlandırdığını qeyd edib.
ÜST bu mutasiyanın digər ştamlara nisbətən daha yoluxucu olduğunu bildirib:
"Bu ştamda çoxlu sayda mutasiya var, bəziləri həyəcanvericidir. İlkin tapıntılar yeni mutasiyanın daha yüksək ötürülmə riski daşıdığıdır".
Yeni ştamın peyvəndin effektivliyini azaldacağı və ya təbii toxunulmazlığı olanlara təsir edəcəyi ilə bağlı narahatlıqlar var.
ÜST ilkin təsbitlərə görə, bu ştamın insanları yenidən xəstələndirmək potensialına malik olduğunu açıqlayıb.
Cənubi Afrikadakı Epidemik Müdaxilə və İnnovasiya Mərkəzinin direktoru Tulio de Oliveyra virusun insan hüceyrələrinə yapışan və onun daxil olmasına imkan verən hissəsi olan sünbül zülalında 30-dan çox mutasiya olduğunu söyləyib:
"Yaxşı xəbər budur ki, bu ştam PCR testi ilə də aşkar edilə bilər".
Onun sözlərinə görə, diaqnostika laboratoriyaları yeni ştamı tez bir zamanda müəyyən edə bilir.
Mütəxəssislər bildirirlər ki, yeni ştam peyvəndlərin effektivliyini məhdudlaşdırsa belə, vaksinlərin təmin etdiyi mühafizəni tamamilə aradan qaldırmaq mümkün deyil.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri Cənubi Afrikada aşkar edilən "Omicron" ştamının ABŞ-da bu günə qədər aşkar edilmədiyini açıqlayıb.
Nyu-York qubernatoru Keti Hoçul yeni ştama artan infeksiya və xəstəxanaya yerləşdirilmə nisbətlərinə istinad edərək "fəlakət fövqəladə vəziyyət" açıqlaması verib.
Kanada hökuməti yeni "Omicron" ştamına qarşı gücləndirilmiş sərhəd tədbirləri həyata keçirəcəyini açıqlayıb.
ABŞ, Aİ və Türkiyə də daxil olmaqla, bir çox ölkələr Cənubi Afrikadan uçuşları məhdudlaşdırıb. Cənubi Afrika ilə həmsərhəd olan ölkələr sərhədlərini bağlayıb. Əvvəlki ştamlardan dərs götürən dünya yeni "müharibəyə" hazırlaşır.
Yeni ştamla bağlı ən böyük narahatlıqlardan biri peyvəndin effektivliyinin azalması ilə bağlıdır.
Mövzu ilə bağlı peyvənd şirkətləri bir-birinin ardınca açıqlamalar verib.
Şirkətlər yeni ştam üzərində sınaqların bir neçə həftə çəkəcəyini açıqlayıblar.
ÜST-nin "Omicron" açıqlamasından sonra "BioNTech" ilə peyvənd hazırlayan "Pfizer" ilk açıqlama verib.
"Pfizer" sözügedən ştamın mRNA peyvəndində "qaçış variantı" olub-olmayacağı ilə bağlı daha çox məlumatın lazım olduğunu bildirib.
"Pfizer" və "BioNTech"in altı həftə ərzində peyvənddə lazımi dəyişiklikləri etmək və peyvənd göndərmək qabiliyyətinə malik olduğunu açıqlayıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1406   Tarix: 28 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

turlar.az

makiyaj instagram adlarin menasi yay geyimləri 2026 ideal toy həkim məsləhəti öd daşı dolma reseptleri kosmetika bayatilar novruza aid hakistalar sirniyatlar salam vicdan