"Omikron" neçə günə orqanizmdən təmizlənir?

Koronavirusun "omikron" variantı təxminən 5-7 gün içərisində orqanizmdən təmizlənir, lakin bu, bəzi hallarda uzun sürə bilər. "Omikron" variantında xüsusilə quru öskürək və boğaz ağrısı müşahidə edilir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Adnan Menderes Universitetinin tibb fakültəsi sinə xəstəlikləri şöbəsinin fakültə üzvü, professor Mehmet Polatlı açıqlama verib. Polatlı bildirib ki, xəstəliyi keçirənlər karantin müddətini bitirsələr belə, başqalarının yanında daha beş gün maskadan istifadə etməlidirlər.
Türk Toraks (döş qəfəsi) Dərnəyinin KOAH (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) İş Qrupunun rəhbəri olan Polatlı qeyd edib ki, "omikron"un Delta variantından daha yoluxdurucu olmasına baxmayaraq ağırlaşma və nəticədə reanimasiya şöbəsinə yerləşdirmə faizi aşağıdır. İndiyədək olan araşdırmalarda "omikron"un ilk növbədə yuxarı tənəffüs yollarında çoxaldığını, əvvəlki variantlarla müqayisədə ağciyərlərə daha az zərər verdiyini, virusa yoluxanların az faizində ciddi xəstəliklərə səbəb olduğu müəyyənləşib. Professor hesab edib ki, "omikron" ilə koronavirus zəifləyir, peyvənd olunmayanların "omikron"a yoluxduğu halda Delta variantına nisbətən çox az hallarda vəziyyətlərinin ağırlaşması bunu sübut edir. Bununla belə, "omikron"un daha yüngül xəstəlik kimi görünməsi Delta variantının yayıldığı dövrə nisbətən indi daha çox insanın peyvənd olunması ilə də izah edilə bilər.
"Bəzi xəstələr, xüsusilə də peyvənd olunmayanlar və ya immun sistemi zəif olanlar "omikron" variantından ağırlaşa bilərlər. Koronavirusun digər variantlarında daha çox yüksək hərarət, öskürək, boğaz ağrısı, nəfəs darlığı müşahidə edilirdisə, "omikron" variantında quru öskürək, boğaz ağrısı kimi yuxarı tənəffüs yolları xəstəliklərinin əlamətləri ön plandadır", - professor qeyd edib.
Polatlı onu da əlavə edib ki, burun axması, burun tutulması, dad və ya qoxunun itirilməsi, baş ağrısı, halsızlıq, əzələ ağrısı, mədə bulanması, iştahsızlıq, ishal kimi əlamətlər də şikayətlər arasındadır: "Alfa və Delta variantlarında virus yükü infeksiyadan təxminən 3 gün sonra gəlməyə meyllidir və orta hesabla 6 gündən sonra virus tədricən azalır, bədəndən təmizlənir. Araşdırmalara görə, "omikron variantında virus orta hesabla 5-7 gündə orqanizmdən təmizlənir. İnfeksiya bir az zəif virus yüklərlə bədəndən təmizlənir. Yeni təlimatlara görə, simptomsuz və ya yüngül simptomları olan xəstələr yüksək hərarətləri olmadığı halda 7 gün sonra karantindən çıxa bilərlər".
Professorun sözlərinə görə, simptomların tamamilə aradan qalxması xəstəlikdən əvvəlki risk faktorları və xəstəliyin şiddətinə uyğun dəyişə bilər. COVID-19 infeksiyasına yoluxan peyvənd olunanlar da mütləq karantində qalmalıdırlar. Son 24 saatda boğaz ağrısı, burun axması, öskürək, nəfəs darlığı kimi əlamətlər müşahidə edilməyən xəstələrin 7 gün sonra karantindən çıxa bilərlər. Polatlı deyib ki, xəstəlikdən sonra 3-9 ay müddətində şikayətlər ola bilər.
Professor "uzanmış COVID-19 sindromu" kimi tanınan "Postkovid" sindromunun bəzi xəstələrdə də müşahidə olunduğuna diqqət çəkərək bildirib ki, uzun müddətli COVİD-19 simptomlarına həddindən artıq yorğunluq, yaddaş problemləri, nəfəs darlığı, ürək döyüntüsü, əzələ ağrısı, dad və qoxuda dəyişikliklər daxildir. COVID-19 infeksiyasına yoluxanlarda "beyin dumanı" adlanan koqnitiv disfunksiya və yorğunluq kimi əlamətlər də müşahidə edilir: "COVID-19 infeksiyasında sonra bir çox orqanın zədələnməsi nəticəsində sinə ağrıları, depressiya, əzələ ağrıları, yüksək hərarət, iy və dad bilmənin bərpası 3-9 ay davam edə bilər. Ancaq mövcud məlumatlar göstərir ki, xəstəliyi zəif keçirənlərin bəziləri bir neçə aya qədər simptomlarla rastlaşa bilərlər. Xəstəxanada müalicə alan xəstələrin bəziləri isə evə buraxılandan sonra ən azı 2, hətta 12 aya qədər simptomlarla qarşılaşa bilərlər"
Professor onu da bildirib ki, konsentrasiya və yaddaş pozuntusu 6 həftə davam edə bilər. Xüsusilə COVID-19 infeksiyasına bağlı nəfəs darlığı yaşayanlar təxminən 2-3 ay içərisində yavaş-yavaş düzəlir, kəskin öskürəklər isə təxminən 3 ay çəkə bilər. Polatlı əlavə edib ki, müşahidələrə görə, depressiya kimi psixoloji simptomlar COVID-19 infeksiyasından sonra yayılıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1366   Tarix: 30 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

qadin sayti makiyaj etmek qaydalari kosmetoloq hamilə qadın nə yeməli kökəlməyin yolları ariqlamaq ucun kofe romantik pozalar kosmetika xanim.az rus dilin nece orenek muellim seiri big.az rus dilini öyrənək