Omikron vaxtından əvvəl qocalmaya səbəb ola bilər - Qeriatr
Hətta yüngül gedişli koronavirus belə orqanizmdə iltihabi və autoimmun prosesləri işə salıb, erkən yaşlanmaya yol aça bilər. Hansı ki, bu proseslər normal halda 60 yaşından sonra görünürdü.
Milli.Az xəbər verir ki, pandemiyadan öncə də həkimlər insanlarda Alsgeymer, demensiya kimi ahıllıq pozulmalarının sürətlənməsi barədə xəbərdarlıq etmişdilər.
Rusiyanın baş geriatrı Olqa Tkaçeva Omikrondan sonra baş verəcək 3 təhlükəli səbəbi açıqlayıb.
Bu ştamma yoluxan əksər gənclərdə qocalıq prosesini sürətlənir. Xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz.
"Bu gün çoxları səhvə yol verir. Düşünürlər ki, yoluxsaq da qorxusu yoxdur və xəstəlik peyvənddən daha yaxşıdır.
Omikron heç də hamıda izsiz ötüşmür. Postkovid sindrom Omikronda da var. Alimlər koronavirusun orqanizmdə iltihabi prosesləri işə salması barədə sübutlar gətirib.
Biz mərkəzimizdə kovid pasiyentlərdə qocalıq markerlərini yoxlayırıq. Kovid keçirmiş hətta gənc insanlarda belə onlar yüksəlmiş olur. Lakin biz hələ dəqiq bilmirik, 5-10 il sonra gedişat necə olacaq. Ona görə yoluxmaqdan qorunmaq və xüsusən orta yaşlı, yaşlı insanları xəstəlikdən sonra ciddi müayinə və müalicə etmək lazımdır". /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi