Onlar oruc tutmaqdan azad olunurlar

Onlar oruc tutmaqdan azad olunurlarRamazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacib sayılır. Hətta, sağlam olmaq istəyirsənsə, oruc tut deyirlər. Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir.
Amma bir qrup xəstəliklər də var ki, bu zaman oruc tutmaq məsləhət görülmür. Əgər belə xəstəliyi olan şəxs oruc tutarsa, onun səhhətində çox böyük problemlər yarana bilər. Şəkərli diabet də bu xəstəliklər sırasına daxildir.
Azertag.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinə ATU-nun Tədris Terapevtik Klinikasının endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova məlumat verib.
Şəkərli diabet xəstələrinin oruc tutmasının nə dərəcədə doğru olmasından danışan həkim deyib: "Oruc tutmaq hər bir müsəlmanın mənəvi borcudur. Müəyyən kateqoriyaya aid olan insanlar var ki, onlar oruc tutmaqdan azad olunurlar. Bunlar hamilə qadınlar, uşaqlar, süd verən qadınlar və bir sıra xəstəlikləri olanlardır. Şəkərli diabet xəstələri də bu qrupa daxildir. Eyni zamanda I tip diabet xəstələri, tam insulin terapiyası alanlar, qanda şəkərləri tənzimlənməyənlərə oruc tutmaq qətiyyən məsləhət görülmür. Bəzi diabet xəstələri israrla oruc tutmaq istəyirlər. Bununla əlaqədar bir sıra müsəlman ölkələrində aparılan tədqiqatlardan məlum olub ki, bəzi qrup diabetli xəstələr oruc tuta bilərlər. Sadəcə buna 2-3 ay əvvəldən hazırlaşmaq lazımdır. Həmin xəstələr həkiminin konsultasiyalarına gələ bilər və orucluq müddətində şəkərlərini necə tənzimləmələrini öncədən danışa bilərlər. Belə xəstələr üçün saatlarla ac və susuz qalmaq daha böyük risk yaradır. Orqanizm susuzlaşır və tromb əmələ gəlmə ehtimalı artır. Orucluqda bəzi insanlarda çəkidə artımı da müşahidə olunur. Buna səbəb qısa müddətdə və qeyri düzgün qidalanmadır. Bu xəstəlikdən əziyyət çəkənlərin oruc zamanı qəfil şəkərləri və ya təzyiqləri "oynaya" bilər. Ürəkgetmə ehtimalı da istisna edilmir. Bu səbəbdən onlar xüsusilə qidanlanmalarına və gün ərzində bədən balansını qorunması üçün bol maye qəbul olunmasına diqqət yetirməlidirlər.
Dənli bitkilərlə zəngin qidalara, paxlalı bitkilərə, quru meyvələrə, zülal, yağ, yağsız süd, kəsmik və bu kimi bir sıra digər qidalara üstünlük vermək olar. Belə ki, bunlar orqanizmdə ehtiyat yaradan qidalardır. Bu qidalar normanı gözləmək şərtilə qəbul edilməlidir.
Dərman müalicəsi alan xəstələr isə mütləq pəhrizlərinə fikir verməlidirlər.
Xüsusilə həm imsak, həm də iftar vaxtı karbohidrat qəbul edənlər bu bölgünü düzgün aparılmasına diqqət yetirməlidirlər. İftar vaxtı daha tez həzm olunan qidaları, imsak vaxtı isə gec həzm olunanları qəbul etməlidirlər. Dərman qəbul edən xəstələrin bu həblərin hansı qrupa aid olduğunu nəzərə almaları vacibdir. Belə ki, bəzən dərmanın qrupundan asılı olaraq xəstədə həbi qəbul etdikdən sonra şəkərin düşməsi halı müşahidə edilir. Bu da həyati təhlükə deməkdir. Onu da qeyd edim ki, belə xəstələr bəzən orucu qəti olaraq dayandırmağa məcbur da ola bilirlər. Misal üçün əgər orqanizmdə şəkərin miqdarı 3,3-dən aşağı düşərsə və ya 300 mq-dan artıq olarsa bu zaman xəstə orucu tam dayandırmalıdır. Bu hallar xəstənin sağlamlığı üçün təhlükəlidir. Diabetli xəstələr üçün fiziki aktivlik də böyük əhəmiyyət kəsb edir".

Sağlamlıq     Baxılıb: 2756   Tarix: 04 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

adlarin menasi toy makiyajlari sac duzumleri biserli uzun donlar soz haqqinda atalar sozu hicab modelleri qadın və təhsil kosmetika burclerin uyumu sanama vətənə aid bayatılar şebnem tovuzlu hakışda