Orqanizmdə baş verən ekstremal vəziyyətlər

Orqanizmdə baş verən ekstremal vəziyyətlərEkstremal vəziyyətlərin bütün növlərində maddələr mübadiləsi və orqanizmin funksiyaları bir-birinə oxşayan dəyişikliklərə uğrayır. Onların hamısı toxuma hipoksiyasının inkişafına səbəb olur. Bəzi hallarda ekstrimal vəziyyət bilavasitə hipoksiya ilə əlaqədar olur.
Ekstremal vəziyyətlər zamanı orqanizmin hüceyrələrindən qana çoxlu histamin, serotonin, lizasom fermentləri və başqa fizioloji aktiv maddələr keçir. Onlar sinir sistemi fəaliyyətinin, tənəffüsün, ümumi və yerli qan dövranının dəyişikliklərinə səbəb olurlar.
Bütün ekstrimal vəziyyətlər mikrosirkulyasiyanın bu və ya digər dərəcədə pozulması ilə müşayiət edilir.
Ekstrimal vəziyyətlərinən səciyyəvi göstəricilərindən biri ümumi hemodinamikanın pozulmasıdır. Pozulma həm birincili, həm də ikincili inkişaf edə bilər.
Ekstremal vəziyyətlərin patogenezində bir-biri ilə əlaqədar yaranan və orqanizmdə olan pozğunluqları daha da dərinləşdirən patoloji reaksiyaların, yəni qüsurlu reaksiyaların mühüm rolu vardır. Məsələn, şok zamanı mərkəzi sinir sisteminin fəaliyyətində baş verən dəyişikliklər sayəsində qan dövranının və tənəffüs sisteminin tənzimedici sistemləri pozulur. Bu, orqanizmin hipoksiya vəziyyətinə düşməsinə səbəb olur. Hipoksiya isə öz növbəsində sinir, qan-damar və tənəffüs sistemi fəaliyyətinin pozulmalarını daha da dərinləşdirir, kollaps baş verir. Kollaps nəticəsində qarın boşluğu orqanlarında çoxlu miqdarda qan toplanır və dövran edən qanın miqdarı azalır. Bu zaman venalar vasitəsilə ürəyə az qan gəlir, nəticədə dövran edən qanın həcmi daha da azalır və orqanizmin ümumi vəziyyəti ağırlaşır.
Ekstremal vəziyyətlər xarici tənəffüs funksiyasının bu və ya digər dərəcədə pozulması ilə müşayiət olunur. Adətən tənəffüsün dərinliyi, tezliyi, tənəffüsün ritmi, nəfəsalma və nəfəsvermə fazalarının qarşılıqlı münasibəti dəyişikliyə uğrayır.
Ekstremal vəziyyətlərin əksəriyyəti geriyə dönə bilən proseslərdir. Lakin terminal hal spesifik təxirəsalınmaz tibbi yardım göstərilmədikdə orqanizmin məhv olması ilə nəticələnir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1871   Tarix: 06 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

reseptler qis geyimləri 2026 aksessuarlar boyurtken kompotu veten haqqinda atalar sözləri seks hekayələri qarabasaq pehrizi kosmetika burclər vətən həsrətinə aid bayatılar salam cantalar orqazm