Orqanizmdə YOD əskikliyinin 8 SİMPTOMU

Orqanizmdə YOD əskikliyinin 8 SİMPTOMUYod insan orqanizmi üçün həyati vacib mineraldır. Yod qalxanvari vəzi hormonlarının sintezində böyük rol oynayır.

Bu hormonlar orqanizmin bir çox vacib funksiyalarına təsir edir. Yodun çatışmazlığı qalxanvari vəzinin fəaliyyətini pozur, hipotireozun inkişafına səbəb olur.

2017-ci ildə keçirilmiş araşdırma göstərib ki, dünyada yaşayan insanların 1/3 hissəsində yod çatışmazlığı mövcuddur.

Saglamolun.az sizə orqanizmdə yod əskikliyinə işarə edə bilən 8 simptom təqdim edir.

1. Bədən çəkisinin kəskin və "səbəbsiz" artması.

Əgər insan qidalanmada heç bir dəyişiklik etməyibsə, lakin buna baxmayaraq onun çəkisi artırsa, bu yod çatışmazlığına işarə edə bilər.

2. Zəiflik hissi.

Yod çatışmazlığı zamanı metabolizm zəifləyir ki, orqanizm qidadan daha az enerji alır. Nəticədə insan zəiflik hiss etməyə başlayır.

3. Səbəbsiz yorğunluq.

İnsan normal dincəlir, lakin buna baxmayaraq daim özünü yorğun hiss edirsə, bu yod əskikliyinə işarə edə bilər.

4. Saçların tökülməsi.

Qalxanvari vəzi hormonları saçların vəziyyətinə ciddi təsir edir. Yod əskikliyi zamanı hormonlar azalır və bu da o cümlədən saçların gec uzanmasına, tökülməsinə, zəifləməsinə səbəb olur.

5. Quru dəri.

Qalxanvari vəzi hormonları dəri hüceyrələrinin yenilənməsində iştirak edir. Yod çatışmazlığı dərinin yenilənməsi prosesini zəiflədir ki, dəri quru olur, qabıq verməyə başlayır.

6. Daimi üşümə.

Qalxanvari vəzi hormonlarının çatışmazlığı metabolizmin zəifləməsinə gətirib çıxardır ki, insan tez-tez üşüməyə başlayır.

7. Yaddaş və öyrənmə problemləri.

Yod çatışmazlığı beyinin normal fəaliyyətinə mənfi təsir edir, xüsusilə yaddaş və yeni biliklərin mənimsənilməsində problemlər yaradır.

8. Menstruasiyaların pozulması.

Yod çatışmazlığı menstrual dövründə problemlər yaradır, menstruasiyalar daha ağrılı olur.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2183   Tarix: 15 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

geyim dəbləri kosmetik vasiteler toy gecesi ud hindi faydalari çantalar qara gavalinin faydalari prostat vəzi kosmetika həmidə şəhid novruza aid hakista fitat