Öskürəyə qarşı xalq təbabəti üsulları

Öskürəyə qarşı xalq təbabəti üsullarıHəkimlər deyir ki, öskürək soyuqdəymə zamanı ən tez əmələ gələn və ən gec keçən simptomdur.
Həkim təyin etdiyi müalicə ilə yanaşı xalq təbabəti üsullarından istifadə etməklə siz öskürəkdən daha tez qurtula bilərsiniz.
Təbii ki, istənilən xalq təbabəti üsullarından istifadə etdikdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin!
- Süd çox yaxşı bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Öskürək zamanı gün ərzində 2-3 stəkan ilıq süd için.
- 1/2 təkan ilıq süd 1/2 stəkan borjomi mineral suyu ilə qarışdırın və gün ərzində 2-3 stəkan olmaqla için.
- 2 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 3 dənə quru əncir qaynadın və qəbul edin.
- 250 suya 1 çay qaşığı bal, 1 xörək qaşığı cirə toxumları və 1 çimdik duz əlavə edin, 5 dəqiqə ərzində qaynadın və süzün. Gün ərzində kiçik qurtumlarla qəbul edin.
- 1 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 1 çay qaşığı gülxətmi və 1 çay qaşığı adaçayı otları qaynadın, süzün və ilıq vəziyyətdə qəbul edin.
- Axşamdan iri baş soğan doğrayın, piyaləyə yığın və üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edin. Növbəti gün soğandan çıxan şirəni için.
- Qara turpun ortasını oyun, içinə 2 çay qaşığı səkər tozu tökün və saxlayın. Səhər əmələ gəlmiş şirəni için.
- 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.
- İsti ayaq vannaları da öskürəklə mübarizədə yaxşı kömək edir. Axşam yatmazdan əvvəl isti ayaq vannanı qəbul edin (ayaqlarınız topuğa kimi isti suda olmalıdır), ayaqlarınıza pambıq corab geyinin və yatın. Allergiya yoxdursa, corablara quru xardal tökün.
- 1 xörək qaşığı üzüm sirkəsi, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qağıdı kamfora yağı qarışdırılır, qalın pambıq əskiyə çəkilir və kompres şəklində xəstənin döş qəfəsinə qoyulur. Üstündən yun şərflə bağlayın və bu kompreslə yatın.
- 1 xörək qaşığı un, 1 xörək qaşığı quru xardal, 1 xörək qaşığı günəbaxan yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı arağı qarışdırın və su hamamında qarışdıra-qarışdıra isindirin. Alınmış kütləni pambıq əskiyə çəkin və xəstənin döş qəfəsinə qoyun. Üstündən polietilen plyonka ilə örtün, isti şərflə bağlayın və bu kompreslə yatın.
Kompresləri yalnız xəstədə hərarət normada olduqda istifadə etmək olar.
Sadaladığımız vasitələrin birini və bir neçəsini istifadə edə bilərsiz, Məsələn, gün ərzində dəmləmə, axşam kompres və yatmazdan əvvəl ayaq vannaları.
İstənilən vasitəni istifadə etdikdən əvvəl həkimlə məsləhətləşməniz zəruridir!

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2328   Tarix: 09 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

aksessuarlar kosmetoloq geyim dəbləri xina hakista debli cantalar 2026 hind geyimləri qalin saclara qulluq kosmetika vətən haqqında bayatılar salam bayati novruz bayramı yumurta