Oturaq həyat tərzi keçirənlərin qida rasionunda meyvə və tərəvəzin olması vacibdir

Oturaq həyat tərzi keçirənlərin qida rasionunda meyvə və tərəvəzin olması vacibdirFiziki aktivlik və düzgün qidalanma sağlam həyat tərzinin vacib şərtlərindəndir. Hərəkətsiz həyat tərzi və fiziki aktivliyin az olması ilə yanaşı, qeyri-sağlam qidalanma bir çox xəstəliklərin yaranması üçün risk faktorudur. Fiziki cəhətdən fəal həyat tərzi sürməyənlər qida rasionuna xüsusilə diqqət yetirməlidirlər.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin maarifləndirici materialında bəhs olunur.
Qidalanmanın balanslı təşkili çox vacibdir. Belə ki, az yağlı, zülal və tam taxıllı məhsullarla zəngin qida rasionu gündəlik zəruri enerji miqdarının alınması üçün kifayətdir.
Oturaq həyat tərzi keçirən, xüsusilə ofis şəraitində işləyənlərin qida rasionunda meyvə və tərəvəzlər olduqca vacibdir. Həmin qidalar həm yüksək miqdarda vitamin və mineral ehtiva edir, həm də az kalorilidir. Həmçinin əksər meyvə və tərəvəzlər toxluq hissi verən liflərlə zəngindir. Qeyd edək ki, meyvə-tərəvəzin 150-300 qramı bir porsiya hesab olunur. Yetkin bir şəxsin gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz istehlakı tövsiyə edilir. Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, hinduşka əti, dəniz məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür. Qril və buğlama ət məhsullarını bişirməyin ən sağlam üsuludur. Dəniz məhsulları proteinlə yanaşı, əsas yağ turşularını da ehtiva edir və bu, qandakı yüksək sıxlıqlı lipoproteinləri artıraraq xolesterol səviyyəsini azaltmağa kömək edir. Həmçinin karbohidratlara nisbətən zülallar sayəsində orqanizmdə uzun müddət toxluq hissi yaranır.
Qida rasionuna həzmi yaxşılaşdıran yağsız və ya az yağlı qatıq, eləcə də digər süd məhsulları əlavə etmək də lazımi vitamin və mineralları almaq üçün düzgün seçimdir. Gündəlik 2-3 porsiya süd və süd məhsullarının istehlakı olduqca faydalıdır. Qida rasionunda süd və ya qatığın payı 230-250 qram, pendir 50-60 qram və s. təşkil etməlidir. Qidalanmada karbohidrat və şəkər qəbulunu isə azaltmaq məsləhətdir. Xüsusilə də ağ undan hazırlanmış çörək, makaron, düyü, tort, peçenye və s. kimi məhsulların istehlakından çəkinmək lazımdır. Qeyd edək ki, gündəlik qida rasionunda taxıl məhsullarının payı fərdin yaşı, iş şəraiti və enerji ehtiyacına müvafiq olaraq dəyişir.
Su insan orqanizmində əhəmiyyətli rol oynayır. Belə ki, su metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak edir. Həmçinin su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı normal halda 60 kiloqram çəkiyə malik olanlar üçün gündə 2 litr, 10 kiloqram çəkiyə malik uşaqlar üçün isə 1 litr su istehlakını tövsiyə edir. ABŞ Tibb İnstitutunun əməkdaşları isə məsləhət görürlər ki, hamilə və laktasiya dövründə olan qadınlar əlavə gündə 0.3 litr və 1.1 litr su istehlak etməlidirlər.
Gündəlik ümumi enerji tələbatı oturaq həyat tərzi sürən qadınlar üçün 2100 kkal, kişilər üçün isə 2500 kkal-dır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1527   Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

turlar.az

gozel gorunmek geyim və ayaqqabılar yay geyimləri 2026 kariyera və iş həyatı autizm xesteliyi kombinler 2026 yay salatların bəzədilməsi kosmetika şirin qoğal baldıza aid hakışta dolça uzeyir hacibeyli bayati