Özbək plovunun afrodizyak effekti

Özbək plovunun afrodizyak effektiDüyü, tərəvəz, ət və ədviyyatlarla hazırlanan plov demək olar ki, bütün İpək Yolu ölkələrində çox məşhurdur. Lakin plov deyəndə ilk növbədə Özbəkistan yada düşür. Ona görə də bu coğrafiyada özbək plovunun xüsusi yeri var.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Özbəkistanda həftədə ən azı bir dəfə istehlak edilən özbək plovu ölkənin milli yeməyidir.
Ailə şənliklərinin ayrılmaz hissəsi olan özbək plovu doğum, toy və yas mərasimlərində və Həcc ziyarətindən qayıdan insanların şərəfinə süfrəyə verilir.
İnanca görə, plov ilk dəfə Makedoniyalı İsgəndər üçün hazırlanıb. O, Orta Asiyaya yürüşləri zamanı ordusu üçün doyumlu yemək hazırlanmasını əmr edib.
"Bizim bunu sübut edəcək tarixi qeydlərimiz yoxdur, amma bildiyimiz odur ki, plov burada 9-10-cu əsrlərdən çox məşhur olub", - Özbəkistanda bələdçi olaraq fəaliyyət göstərən Nilüfər Nuriddinova deyib.
"Min ildən artıqdır ki, düyü bu bölgədə əsas qida məhsuludur. Məhsul yığmaq və heyvan yetişdirmək ağır fiziki əmək tələb edir. Ona görə də özbək plovu əsasən kənd təsərrüfatı ilə məşğul olan cəmiyyət üçün yüksək kalorili, qida maddələri ilə zəngin olan ideal yeməkdir", - o qeyd edib.
Özbək plovu UNESCO-nun "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilib.
Özbəklərdə "Yer üzündə cəmi bir gün qaldığını bilsən, onu plov yeməyə sərf et" kimi bir deyim var.
Özbəkistanda bu plov adətən cümə axşamı günü və bazar günləri bişirilir.
Ölkənin məşhur restoranlarından olan "Beş Qozon"un aşpazı Fayzullah Saqdiyev plovun cümə axşamı günü yeyilməsinin maraqlı bir səbəbi olduğunu açıqlayıb.
Onun sözlərinə görə, ölkədə düyünün güclü afrodizyak xüsusiyyətlərinə malik olduğuna dair geniş yayılmış bir inanc var. Ona görə də övlad sahibi olmaq üçün ən uyğun gün hesab edilən cümə axşamı həm də plov günüdür.
Saqdıyev deyib ki, kişilər arasında plov sözünün əslində "ön sevişmə" mənasını verdiyinə dair zarafatlar dolaşır. Onlar plovun qazanların dibində qalan suyunu içir, bunun təbii Viaqra olduğunu hesab edirlər. Bir çox aşpaz əlavə cinsi güc qazanmaq istəyən kişi müştəriləri üçün ən yaxşı əti məhz cümə axşamı gününə ayırır.
Cümə axşamı hamilə qalmaq ənənəsi isə ölkədə İslam inancının güclü olması ilə bağlıdır. Belə ki, Saqdiyev Məhəmməd peyğəmbərin ana bətninə düşdüyü günün də məhz cümə axşamına təsadüf etdiyi ilə bağlı inancın bunda rol oynadığını bildirib.
"Beləliklə, körpənizin ağıllı, tərbiyəli olmasını, mələklər tərəfindən xeyir-dua almasını və Allahı qəbul etməyə açıq bir qəlbə sahib olmasını istəyirsinizsə, cümə axşamı bunun üçün ən yaxşı vaxtdır. Təbii ki, bir boşqab düyü yedikdən sonra...", - məşhur aşpaz vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 08 mart 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

yay geyimləri 2026 adlarin menasi geymler 2026 aybasi ucun derman vaginal təmizlik duxovkada toyuq qizartmasi qara qarağat kosmetika qiz evi ucun hesaplama faydalı məsləhətlər rus dilini oyrenek 2ci ders haxışda