Palma yağı zərərlidirmi? - DİQQƏTLİ OLUN

Palma yağı zərərlidirmi? - DİQQƏTLİ OLUNPalma yağı məzə-qəlyanaltılardan tutmuş qida və kosmetika sənayesinə qədər dünyada ən geniş istifadə edilən bitki yağlarından biridir. Bu yağ Qərbi Afrika mənşəli palma ağacının meyvəsindən hazırlanır.
Bəs palma yağı zərərlidirmi?
AQTA-dan Milli.Az-a verilən məlumata görə, palma yağından düzgün istifadə etdikdə orqanizim üçün zərərli olmur.
Palma yağının bir növü meyvənin lətli hissəsindən (palma yağı), digəri toxum və ya çəyirdəkdən (palma çəyirdək yağı) alınır. Meyvənin lətli hissəsindən alınan xam palma yağı ümumi palma yağı istehsalının 55% - ni təşkil edir. Palma meyvələrinin emalı zamanı qırılmayan və meyvə lətindən asanlıqla ayrılan palma qozları da yağlarla zəngindir. Doymuş yağ turşularının yüksək nisbətinə görə (50%) palma yağı otaq temperaturunda bərk olur. Nisbətən yüksək ərimə nöqtəsinə malik olduğundan, hətta isti iqlim şəraitində belə qida sənayesində bir çox tətbiq sahəsinə malikdir. Xam palma yağı da antioksidant maddələrdən ibarətdir. Lakin bu molekullar saflaşdırma prosesi zamanı böyük miqdarda itirilir.
Bu yağdan ilk dəfə 5 min il əvvəl Misirdə mumiyalanma prosedurları üçün istifadə olunub.  Sonradan onun istifadəsi Qərbi və Mərkəzi Afrikada yayılıb. Fiziki və kimyəvi xüsusiyyətləri, asan əldə olunması, ucuz olması və neytral dadı sayəsində palma yağının qida sənayesində istifadəsi getdikcə daha da geniş vüsət alır.
Yüksək istiliyə davamlılıq xüsusiyyətinə sahib olan bu yağ antioksidantlar, karotinlər (A vitamini) və E vitamini ilə zəngindir. Palma yağı beynin funksiyalarının qorunmasına, orqanizmdə A vitaminin artmasına müsbət təsir göstərir.
Palma yağı trans yağlar kimi zərərli deyil. Belə ki, trans yağ turşuları orqanizmdə təkcə LDL - "pis" xolesterolun və triqliserid səviyyəsini artırmaqla bərabər, həmçinin HDL - "yaxşı" xolesterolun səviyyəsini azaldır. Digər tərəfdən trans yağ turşularının çoxu süni şəkildə hidrogenləşmə yolu ilə alınır.  Çoxyönlü yağ və xüsusən "trans yağsız" olması faktı palma yağını heyvanların iç orqanından əldə edilmiş bərk yağlar və ya digər qismən hidrogenləşdirilmiş bitki yağlarının əvəzedicisi halına gətirib.
Palma yağları ilə bağlı mübahisələrin mənbəyi isə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) 2016-cı ildə bitki yağları ilə bağlı apardığı tədqiqatdır. Sözügedən tədqiqat nəticəsində EFSA bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı gündəlik normadan artıq qəbul edildikdə insan həyat və sağlamlığı üçün təhlükə yaradabiləcək 2 növ maddənin (3-MCPD, Glycidil yağ efirləri) yarandığını müəyyən edib. Qurum həmin maddələr üçün gündəlik istifadə normasını müəyyənləşdirərək risk dəyərləndirmə fəaliyyətini həyata keçirib. Tədqiqat nəticələrində palma yağlarının rafinasiya prosesi zamanı (qoxu alma mərhələsində) 200 selsi dərəcədən artıq temperatura məruz qaldıqda sözügedən maddələrin digər bitki yağlarına nisbətdə daha çox yaranma ehtimalı olduğu qeyd edilib. Göründüyü kimi, bu tədqiqat bütün növ bitki yağlarını əhatə edir və bitki yağlarının istehsal prosesi zamanı yaranan müəyyən maddələrin gündəlik normaları ilə bağlı tövsiyələri əks etdirir.
Tədqiqatın nəticələri açıqlandıqdan sonra yanlış təhlil edilərək "palma yağları zərərlidir" kimi mətbuata ayaq açıb və insanlarda əsassız fikirlər formalaşdırılıb.
Qeyd edilən risklərin idarə edilməsi məqsədilə Avropa Komissiyası 26 fevral 2018 ci ildə "Qida məhsullarında müəyyən çirkləndiricilərin maksimum səviyyəsinin təyin edilməsi" üzrə Təlimata əlavələr edərək qida məhsullarında Glycidil yağ efirlərinin gündəlik istifadə normasını orta yaşlı şəxslər üçün bədən çəkisinin hər kiloqramına 1000 mikroqram, uşaqlar üçün isə 500 mikroqram müəyyən edib. EFSA 2017-ci ildə isə 3-MCPD ilə bağlı gündəlik istifadə norması ilə bağlı tövsiyyəsində dəyişiklik edərək insan çəkisinin hər kiloqramı üçün 0.8 mikroqram olan dəyəri 2 mikroqram səviyyəsinə yüksəldib.
Onu da qeyd edək ki, palma yağının gündəlik norma çərçivəsində qəbul edilməsi orqanizm üçün təhlükəli hesab edilmir. Belə ki, heyvanlar üzərində aparılan bir sıra tədqiqatlar göstərir ki, bir neçə dəfə təkrar istifadəyə verilən palma yağı antioksidant xüsusiyyətinin azalması ilə əlaqədar aterosklerotik dəyişikliklərə səbəb ola bilər. Siçanlarda 10 dəfə qızdırılan palma yağı ilə bişən yeməyi yedikdən sonra altı ay ərzində aterosklerotik lövhələr və ürək xəstəliklərinin digər əlamətləri inkişafı özünü göstərsə də, yeni palma yağı ilə bişən yemək ilə qidalandıqdan sonra bu simptomlar ilə qarşılaşılmayıb.
Harvard qidalanma mütəxəssislərinin fikrincə, şübhəsiz olaraq palma yağı tərkibində yüksək miqdarda trans yağ turşusu olan şorteninqlərdən (qızartma məqsədli istifadə olunan yağ) daha yaxşıdır və həmçinin kərə yağı ilə müqayisədə daha doğru seçimdir. Lakin zeytun yağı, qarğıdalı, günəbaxan və raps yağı kimi otaq temperaturunda təbii maye olan bitki yağları ilk seçiminiz olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1800   Tarix: 11 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qis geyimləri 2026 aksessuarlar yemek reseptleri hicab baglamaq müsabiqələr qadın sonsuzluğu 2026 geyimi kosmetika balıq qoğalın nağlı ağır itki porno banan