Pandemiya kabusunun tezliklə bitməsini sürətləndirən SƏBƏBLƏR

Pandemiya kabusunun tezliklə bitməsini sürətləndirən SƏBƏBLƏRMerilend Universitetinin alimləri koronavirusun qarşısını alan tədbirlər hazırlayarkən hava proqnozuna fikir verməyi məsləhət görüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar COVID-19-un əhatə etdiyi əsas ölkələrin 30 və 50-ci paralellərlə məhdudlaşan şimal yarımkürəsinin kifayət qədər dar enlik zolağında yerləşdiyini qeyd edib. Bura ümumilikdə 70 mindən çox yoluxma halının qeydə alındığı İtaliya, İspaniya, İran, ABŞ, Cənubi Koreya və təbii ki, Çin daxildir.
Alimlər buradan belə qənaətə gəlib ki, virusun müəyyən iqlim şəraitində yayılması daha əlverişlidir. Bu temperatur +5 ilə +11 dərəcədir, rütubət isə 47 faizdən 79 faizə qədərdir.
Krallığın alimləri də eyni fikirdədir. Patogen üçün ən uyğun temperatur +8.7 müəyyənləşdirilib. Onların versiyasına görə, xəstəliyin törədicisi isti havada məhv olmağa başlayır.
İtaliya və İsraili təkcə koronavirusun münbit olduğu enlik zonasında yerləşmələri birləşdirmir. Hər iki ölkə turistlər arasında son dərəcə populyardır. Ancaq fərqli epidemioloji vəziyyət var. Apennin yarımadasında yoluxanların sayı 35.000-i keçib, İsraildə isə xəstələrin sayı azdır.
Virusun digər əyalətlərə yayıldığı Şimali İtaliyada fevral ayı və martın ilk ongünlüyündə orta temperatur +6 , +9 aralığında idi. Qışın əvvəlindən Təl-Əvivdə ən azı iki-üç dəfə isti olub.
Cənubi Koreyada COVID-19 nəzarət altına alınıb. Martın əvvəlində bu ölkədə hər gün virusa bir neçə yüz yeni yoluxma qeydə alınıb, indi bu rəqəm onluğa düşüb. Və burada bir təsadüf var: keçən həftənin əvvəlində Cənubi Koreyaya hava kütlələri subtropiklərdən gəlməyə başlayıb. Günortadan sonra Seulda havanın temperaturu 15 dərəcəyə qədər yüksəlib.
Bu məntiqə əsaslansaq, Azərbaycanda da tezliklə xəstələnmə nisbətini azaltmaq üçün şəraitin yarana biləcəyini demək olar. Məsələn, aprel ayında ölkənin əksər bölgələrində temperatur həmişəkindən artıq olacaq.
Ancaq temperatur faktorundan əlavə daha bir məqam var və bütün iqlim zonalarında işləyir. Bahar fəslinin başladığı şimal yarımkürəsində may ayına qədər Günəş radiasiyasının axını demək olar ki, iki dəfə artacaq. Yəni atmosferə daxil olan ultrabənövşəyi şüalar havanı dezinfeksiya etməkdə daha təsirli olacaq.
"Bunlar mövsümi amillərdir. Bir tərəfdən tamamilə doğrudur: ultrabənövşəyi radiasiya onu öldürür. İbtidai orqanizm kimi özünü ultrabənövşəyi radiasiyadan qorumaq çətindir. Hətta canlı deyil, ibtidai molekulyar bir quruluşdur. İkinci nöqtə - yazda təbiət canlanır. Tutaq ki, müxtəlif növ bioloji proseslər aktivdir. Amma immunitet artır və insanlar daha gümrah olur. Odur ki, infeksiya nisbəti düşməkdədir", - deyə molekulyar genetika mütəxəssisi, biologiya elmləri namizədi Dmitri Kvon açıqlamasında qeyd edib.
Ancaq bu vəziyyətdə yalnız havaya etibar etmək olmaz. Koronavirusa qarşı əsas silah xəstələrin təcrid olunması və şəxsi gigiyena qaydalarına riayət edilməsidir.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2289   Tarix: 30 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

hamilelikde qidalanma geyim dəbləri geymler 2026 mayalanma mələk kartları çək virtual dərslər sizanaqlara qarsi vasite kosmetika xanım az novruza aid hakisdalar bayatı vətənə aid bayatılar baldiz