Pandemiya nə vaxt sona çatacaq?

Pandemiya nə vaxt sona çatacaq?Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Dos. Dr. Afşin Emre Kayıpmazın sözlərinə görə, pandemiyanın bitəcəyi tarixi proqnozlaşdırmaq çətindir. O bildirib ki, vaksinasiyanın təsiri ilə yay aylarından həyat tədricən normal vəziyyətə qayıdacaq.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həkim pandemiyadan xilas yollarını açıqlayıb. O bildirib ki, əgər əhali qoyulan tədbirlərə əməl edərsə, vaksin vurdurarsa, yay ayları hazırkı vəziyyətlə müqayisədə daha rahat keçəcək:
"Pandemiyanın nə zaman bitəcəyini demək çətindir. Bütün bunlar fevral və mart aylarında əhalinin nə qədər məsuliyyətli olmasından asılı olacaq. Peyvəndin təsirini hiss etmək üçün əhalinin böyük hissəsi peyvənd vurdurmalıdır.
Peyvəndin ikinci dozası vurulduqdan bir həftə sonra antikor səviyyəsi yaxşılaşır, iki həftə sonra isə artıq istədiyimiz nəticəni əldə edirik. Bu da ilk dozadan 6 həftə sonraya təsadüf edir. Peyvənd olunan insanlar karantin qaydalarına əməl etməyə, əvvəlki kimi maska taxmağa, sosial məsafəni gözləməyə davam etməlidir. Cəmiyyətdə peyvənd və immunitet səviyyəsi artana qədər tədbirli olmalıyıq".
Həkim qeyd edib ki, ölkələr vaksinasiyaya başlasa da, sözügedən virus bütün dünyada yayıldığıdan təhlükənin nə zaman ötüşəcəyi barədə dəqiq bir fikir bildirmək mümkün deyil:
"Bunu əvvəlcədən söyləmək tezdir, amma onu deyə bilərəm ki, vaksinasiya nə qədər sürətlə aparılsa, normal həyata qayıtmaq şansımız bir o qədər çoxdur. Növbəti qış aylarında infeksiya yenidən baş qaldıracaq, amma biz artıq onunla necə mübarizə aparacağımızı bilirik. Cəmiyyət tədbirlərə alışıb. Bunların təsiri ilə vəziyyəti idarə edə biləcəyik. Unutmamalıyıq ki, ehtiyatsız davransaq, vaxtından əvvəl rahatlaşsaq, yoluxma sayı sürətlə yenidən artacaq".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1906   Tarix: 08 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

gelinlikler makiyaj etmek qaydalari qis geyimləri 2026 2026 yay paltarlari varikozun mualicesi qadın xəstəlikləri gavali haqqinda kosmetika rus dili 2ci ders badambura sac duzumleri pomidor bürcler