Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?

Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?Xatırlayırsınızsa, bir zamanlar yağlı dəri qüsur hesab olunurdu. Tərləyəndə üzdə yaranan parıltını silmək üçün dərhal salfet axtarır, yaxud bu kiçik problemi mat kirşan vasitəsilə aradan qaldırırdıq. Bu gün hər şey əksinədir. Makiyaj ustaları üzdə təbii parıltı əldə etmək üçün dəridən-qabıqdan çıxaraq müxtəlif məhsullar təklif edir.
Moda həftələrində də dizaynerlər podiuma çıxan qızların dərisinin nəmli görünməsi üçün hər vəchlə çalışıblar. Lakin onun düzgün həyata keçirilməsinin bir neçə qaydası var.
Publika.az-ın gözəllik bölməsi bu yazıda dərini parıltılı göstərməyin yollarını izah edib.
1. Əsas faktor düzgün qidalanma və yuxu rejimi, o cümlədən, dəriyə mükəmməl qulluqdur. Dəri tipinə uyğun keyfiyyətli məhsullar seçməyi unutmayın. Onların sayəsində dəri daim sağlam və parlaq görünəcək.
2. Dəri tipini nəzərə alıb, ona uyğun maska çəkin. Məsələn, yağlı dəriyə sahib olanlara gil maskası məsləhət görülür. Gil maskası dərini ölü hüceyrələrdən təmizləyib ona təravət bəxş edəcək. Quru dəriyə sahib olanlara isə nəmləndirici banan maskaları tövsiyə olunur.
3. Çoxlu su için. Su çatışmazlığı özünü dəridə dərhal göstərir. Dəri quruyur və qırışmağa başlayır.
4. Hər səhər nəmləndirici kremlə dərini masaj edin. Qan dövranını artırmaq üçün dairəvi hərəkətlərlə kremi dəriyə yaxşıca hopdurun. Bu zaman dəriniz sizə minnətdar olacaq!
5. Mümkün qədər makiyajdan az istifadə etməyə çalışın. Üstəlik, təbii makiyaj bu il çox dəbdədir. Bu tendensiya sizə dərinin əsl gözəlliyini nümayiş etdirmək və onu ağır makiyajla boğmamaq üçün əla fürsətdir. Odur ki, dərini kosmetik məhsulların hücumuna məruz qoymayın.
6. Şəffaf tekstura seçin və dərinin tələbatını nəzərə alın. Əgər dərinin dəyişkən tonu sizi narahat edirsə, makiyaj üçün yüngül və sulu tonal kremlər seçin. Bu cür məhsullar dəriyə zərər vermədən qüsurları ehmalca örtür.
7. Dəriyə təbii parıltı vermək üçün həddi aşmaq lazım deyil. Burada balansı qorumaq çox əhəmiyyətlidir. Əgər günortadan sonra sizin dəriniz yağlı görünürsə, o halda gözün kənarlarına, burun sümüyünə az miqdarda olmaq şərti ilə toz halında satılan şəffaf kirşan çəkin. Kirşan dərinin yağlılığını azaldaraq parıltını səliqəyə salacaq. Beləcə, üzünüz gün ərzində nur saçacaq.
8. Əgər təbiət sizi sağlam və gözəl dəri ilə mükafatlandırıbsa, o zaman heç nə çəkməyin. Onsuz da, ideal dəri gözəlliyinizi vurğulayır. Lakin ona qulluq barədə unutmayın. Gündəlik makiyaj üçün dodaqlara neytral tonlarda balzam və tuş çəkmək kifayətdir. Bu, ən müasir, sürətli və ən ucuz gözəllik trendidir.

Xəbərlər     Baxılıb: 2263   Tarix: 12 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Sosial media hamiləliklə bağlı məlumat əldə etmək üçün ən çox müraciət olunan platformalardan birinə çevrilsə də, burada yayılan hər tövsiyə etibarlı və elmi əsaslı deyil. Xüsusilə dərman qəbulu, qidalanma, doğuş və tibb

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

turlar.az

geymler 2026 kosmetoloq qadin dunyasi toy ideyalari maraqlı içkilər atalar sözləri kosmetika novruza aid hakista rus dilini öyrənək 2 ci dərs veten haqqinda bayati sanama toyuq salati