Parkinson xəstəliyi ilə bağlı vacib məqam

Parkinson xəstəliyi ilə bağlı vacib məqamSəhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Yeganə Əliyeva: "Psixoloji dəstək və fiziki aktivlik Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacib olan məqamları bölüşüb".
Milli.Az Səhiyyə Nazirliyinin həkimi Yeganə Əliyevanın müsahibəsini təqdim edir:
- Yeganə xanım, hansı səbəbdən Parkinson xəstəliyi baş verir?
- Parkinson xəstəliyi beyində dopamin istehsal edən hüceyrələrin məhvi ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Dopamin hərəkətlərin koordinasiyasına cavabdeh olan əsas neyrotransmitterlərdən biridir. Bu hüceyrələrin tədricən məhv olması nəticəsində beyində dopamin səviyyəsi azalır. Bu da hərəkət pozuntularına, əzələ sərtliyinin zəifləməsinə və digər simptomlara səbəb olur. Genetik meyillilik olan insanlarda müəyyən mutasiyalar xəstəliyə səbəb ola bilər. Lakin bu, yalnız az hallarda müşahidə edilir.
Yaş da risk faktorlarından biridir, çünki Parkinson xəstəliyi əsasən 60 yaşdan yuxarı insanlarda inkişaf edir. Lakin, bəzi hallarda gənc yaşlarda da rast gəlinə bilər. Beyində iltihabi proseslərin və oksidləşdirici stresin də dopamin hüceyrələrinin məhv olmasına təsir etdiyi düşünülür.
- Parkinson xəstəliyinin əsas əlamətləri necə inkişaf edir və gündəlik həyata necə təsir edir?
- Parkinson xəstəliyinin simptomları yavaş-yavaş inkişaf edir və ilkin mərhələdə adətən nəzərə çarpmır. Xəstəliyin ən erkən əlamətlərindən biri bədənin bir tərəfində baş verən titrəmə və ya hərəkətlərin yüngül ləngiməsidir. İnsanlar hərəkətlərin əvvəlki kimi sürətli və çevik olmadığını hiss edə bilərlər. Zaman keçdikcə hərəkətlərin ləngiməsi artır və xəstəlik irəlilədikcə balans pozuntuları, yıxılma riski və hərəkət məhdudiyyəti ortaya çıxır. Mimikaların azalması və üz ifadələrinin zəifləməsi nəticəsində xəstənin üzü daha ifadəsiz görünə bilər. Əl yazısı getdikcə xırda və qeyri-müntəzəm olur. Gündəlik fəaliyyətlər, məsələn, geyinmək, qidalanmaq və ya yazmaq çətinləşir.
Xəstəlik yalnız fiziki simptomlarla məhdudlaşmır, eyni zamanda depressiya, yorğunluq, yuxu problemləri və qoxu duyğusunun zəifləməsi kimi qeyri-motor əlamətlərlə də müşayiət olunur. Bu simptomlar birbaşa olaraq insanın həyat keyfiyyətinə təsir edir.
- Doktor, xəstəliyin diaqnozu necə müəyyən edilir?
- Parkinson xəstəliyinin diaqnozu əsasən xəstənin klinik simptomlarına və tibbi tarixçəsinə əsasən qoyulur. Hazırda bu xəstəliyi aşkarlamaq üçün xüsusi laborator testlər mövcud deyil. Nevroloji müayinə zamanı həkim xəstənin hərəkətlərini, titrəməni, əzələ sərtliyini və tarazlıq vəziyyətini qiymətləndirir. Xəstəliyin digər nevroloji pozuntularla qarışdırılmaması üçün beyin görüntüləmə metodlarından istifadə olunur. Beyin MRT və KT müayinələri adətən beyində struktur dəyişikliklərin olub-olmadığını müəyyən etmək üçün istifadə edilir, çünki bənzər simptomlar yaradan digər xəstəliklərin istisna edilməsi vacibdir. Bəzi hallarda dopamin transporter skanı kimi xüsusi görüntüləmə metodları istifadə olunur. Bu da dopamin səviyyəsinin azalmasını göstərməyə kömək edir.
Bəzən xəstənin müalicəyə reaksiyası da diaqnostik metod kimi istifadə edilir. Əgər müəyyən dərman vasitələri qəbul edildikdən sonra xəstənin hərəkətləri yaxşılaşırsa, bu, Parkinson xəstəliyinin olmasını təsdiq edə bilər.
- Parkinson xəstəliyi insanın psixoloji və emosional vəziyyətinə necə təsir edir?
- Parkinson xəstəliyi yalnız hərəkət pozuntularına səbəb olan bir xəstəlik deyil, eyni zamanda xəstənin psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Bu, həm beyindəki kimyəvi dəyişikliklərlə, həm də xəstəliyin fiziki məhdudiyyətləri ilə bağlıdır. Eyni zamanda, bəzi xəstələrdə düşünmə funksiyalarında geriləmə, diqqət problemləri və yaddaş zəifliyi müşahidə edilir. Xəstəliyin irəliləməsi ilə demensiya riski də arta bilər. Yuxu problemləri Parkinson xəstələrinin əksəriyyətində müşahidə olunur.
Bütün bu faktorlar xəstənin emosional vəziyyətini pisləşdirə və gündəlik həyat fəaliyyətlərində müəyyən çətinliklər yaradır. Ona görə də, psixoloji dəstək, sosial münasibətlərin qorunması və stresin idarə edilməsi Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir.
- Parkinson xəstələri üçün həyat keyfiyyətini yaxşılaşdırmaq üçün hansı strategiyalar mövcuddur?
- Parkinson xəstələri üçün həyat keyfiyyətini artırmaq üçün bir neçə mühüm strategiya mövcuddur. İlk növbədə, fiziki aktivlik və mütəmadi idman hərəkətləri vacibdir. Hərəkətlilik xəstəliyin irəliləməsini ləngidə və əzələlərin elastikliyini qorumağa kömək edə bilər. Fizioterapiya və müalicəvi idman hərəkətləri balansı yaxşılaşdırmağa və əzələ sərtliyini azaltmağa kömək edir. Sosial münasibətlərin qorunması və aktiv həyat tərzi yaşamaq xəstənin emosional vəziyyətinə müsbət təsir göstərir.
Psixoloji dəstək və terapiya xəstənin depressiya və narahatlıq hisslərini idarə etməsinə kömək edə bilər. Yuxu rejiminin düzgün tənzimlənməsi və stresin azaldılması da Parkinson xəstələri üçün vacib amillərdən biridir. Qidalanma rejiminə diqqət yetirmək və bədənin ehtiyac duyduğu vitamin və mineralları qəbul etmək xəstənin ümumi sağlamlığı üçün faydalıdır.
- Parkinson xəstəliyinin gedişatında fizioterapiya və reabilitasiyanın rolu nədən ibarətdir?
- Fizioterapiya və reabilitasiya üsulu Parkinson xəstəliyinin ən əsas proqramıdır. Xəstələrə nizamlı şəkildə məşqlər təklif edilir. Həmçinin, ağrı, səhər saatlarında yuxululuq halı, mədə-bağırsaq fəaliyyətində yavaşlama, depressiya və digər Parkinson xəstəliyinin qeyri-motor simptomlarının reabilitasiyasına yönəlik terapiyalar tətbiq olunmalıdır.
Parkinson xəstəliyində dərman müalicəsinə əlavə olaraq xəstələrin gündəlik həyatlarında daha müstəqil və rahat olması, xəstəlik əlamətlərinin aradan qaldırılması və ya ən azından inkişafının qarşısının alınması üçün fizioterapiya proqramı verilir. İstifadə edilən başlıca müalicə üsulları hidroterapiya, bimanual müalicə, elektroterapiya kimi təməl fizioterapiya üsullarıdır. Bundan əlavə, bir xəstəyə məşq proqramı hazırlanır və bu proqram xəstənin həyatını asanlaşdırmaq üçün vacibdir. Təlim proqramına uyğunlaşmaqla, xəstələr ikincili ağırlaşmalardan qaça biləcəklər.
Reabilitasiyanın əsas hədəfi dayaq hərəkət pozğunluğunun korreksiyası və məcburi hipodinamikanın arzuolunmaz nəticələrinin qarşısının alınmasıdır. Reabilitasiya proqramının əsası əzələlərin sərtliyini azaltmaq üçün gərmə məşqlərinin icrasıdır. Bundan əlavə, duruş problemlərini aradan qaldırmaq və artımın qarşısını almaq üçün gərmə məşqləri lazımdır. Gərmə hərəkətləri yavaş, lakin tez-tez edilməlidir. İdmandan sonra tətbiq olunacaq gərmə hərəkətləri əzələ spazmının qarşısını almaq üçün çox faydalıdır. Rahatlama məşqləri yüksək konsentrasiya və xəyal gücündən istifadə edərək, bütün bədəni rahatlaşdırmağa yarayan faydalı bir üsuldur. Yalnız Parkinson kimi xəstəliklərdə deyil, sağlam insanlar da istifadə edilə bilər. Bütün bu məşqlər mütləq bir fizioterapevt qiymətləndirməsindən sonra xəstəyə xüsusi olaraq tətbiq olunan bir proqram daxilində verilməlidir. /lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1121   Tarix: 12 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

makiyaj etmek qaydalari geyim seçimi yay geyimləri 2026 agardici maskalar resepti gozalti maskalar cinsi əlaqə boyurtken kompotu kosmetika arxadan olmaq yemek reseptleri maya maskasi bayatılar anabaci