Payız aylarında həm xroniki xəstəliklər kəskinləşir, həm də

Payız aylarında həm xroniki xəstəliklər kəskinləşir, həm dəPayızın xüsusilə ikinci yarısında həm xroniki xəstəliklər kəskinləşir, həm də müxtəlif virus infeksiyalarına yoluxma riskləri artır. Bu infeksiyalardan biri də suçiçəyidir. Suçiçəyinin xarakterik yayılma vaxtı payız-qış mövsümüdür və bu, dünyada ən çox yayılmış infeksiyadır. Onu törədən virus - Herpes viruslar ailəsinə aid olan Varisella-Zosterdir. Həmin virus yalnız insanlarda xəstəlik törədir və hava-damcı yolu ilə, nadir hallarda isə anadan bətnində olan uşağa ötürülür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev payız-qış mövsümünün infeksion xəstəliyi olan suçiçəyi və ondan qorunma yolları barədə danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, suçiçəyi virusu sürətli yoluxduruculuq qabiliyyətinə malikdir: "Əgər kollektivdə kimsə bu virusa yoluxubsa, çox ehtimal ki, əvvəllər bu xəstəliyi keçirməyən qalan əməkdaşların 95 faizini də yoluxduracaq. Suçiçəyi xəstəliyinə daha çox 2 yaşdan yuxarı uşaqlar tutulur. Bəzən uşaq kollektivlərində bu infeksiya sürətlə yayıla bilir. Bu zaman virus həmin müəssisədə nəinki kiçik məsafələrlə (otaqdan otağa), həmçinin böyük məsafələrdə də (bir mərtəbədən o biri mərtəbəyə) sürətlə yayıla bilir.
Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə də həmin xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz. Düzdür, suçiçəyindən sonra orqanizmdə immunitet yaranır, amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir vermədikdə, dəridə xəstəliyin əlamətləri uzun müddət qala bilir. Suçiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz. Həmin xəstəliyə yoluxmuş şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan mütləq qorunmaq lazımdır".
T.Aytayevin dediyinə görə, suçiçəyinə yoluxmuş xəstələrin əksəriyyəti onu yüngül keçirir, lakin immuniteti zəif olan yenidoğulmuşlar, yeniyetmələr və bəzi yaşlı insanlar üçün suçiçəyi ağır xəstəlik kimi fəsadlar yarada bilir: "Virus orqanizmə yuxarı tənəffüs yolları vasitəsilə daxil olur. Bədənin temperaturu qalxan zaman səpkilər yaranmağa başlayır. Səpki əvvəlcə üzdə, başın tüklü hissəsində yaranır, sonra bədənin başqa yerlərinə yayılır. Bu səpki yox oluncaya qədər vanna qəbul etmək olmaz. Suçiçəyindən qorunmağın ən yaxşı yolu peyvənddir. Suçiçəyinə qarşı peyvəndin vurulmasının məqsədi infeksiyanın ağır keçməsinin profilaktikası və immuniteti formalaşdırmaqdır. Uşaqlara bir yaşdan sonra vaksinasiya icazə verilib. Hamiləliyi planlaşdıran qadınlar da peyvənd oluna bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1030   Tarix: 06 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava