Payız aylarında qida rasionumuz

Payız aylarında qida rasionumuzHavaların soyuduğu, xəstəliklərin artdığı, infeksion xəstəliklərin çoxaldığı bu dönəmdə düzgün qidalanmaq çox önəmlidir. Payız və qış aylarında dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindən olan infeksion xəstəliklərin səviyyəsi artır. Mütəxəssislər qrip və soyuqdəymə hallarının qarşısını almaq üçün payızda lazımlı qidalardan kifayət qədər istifadə olunmasını vacib sayırlar. Onlar payız mövsümündə qidalanma ilə bağlı aşağıdakı məsləhətləri verirlər:

Payız aylarında immuniteti qoruyaraq, daha da gücləndirmək üçün təsiredici vasitələrdən biri yetərincə və planlı qidalanmaqdır. Xüsusilə, infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və qocalar üçün düzgün qidalanma daha çox önəmlidir.

Bədənin vitamin və mineral ehtiyacını ödəyin

Düzgün qidalanma, gün ərzində hər növ qidadan kifayət qədər qəbul etməklə mümkündür. Beləliklə, ehtiyacımız olan zülal, karbohidrat, yağ, vitamin və mineralları da qəbul etmiş oluruq. Xatırladaq ki, A və C vitaminləri, antioksidant effekti göstərirlər və bu vitaminlər həzm sistemini gücləndirərək xəstəliklərlə mübarizədə bədənə güc verir. Kök, yaşıl bibər, mandarin və.s, keşniş, şüyüd kimi göyərtilər vitaminlərlə zəngindir.

Lakin unutmayın ki, meyvələr şirəsi çəkildikdən sonra qısa müddətdə içilməlidir. Meyvə şirəsi saxlanlıdıqda tərkibindəki C vitamini itir. Çünki bu vitaminə işıq və isti tez təsir edir. Bundan əlavə çay və qəhvə yerinə bitki çayları və ya C vitamini ilə zəngin olan itburnu çayına üstünlük verin. Yemək zamanı və ya yemək arası çoxlu miqdarda salat yemək də bizi ehtiyacımız olan vitaminlərlə təmin edəcək. Tərkibindəki C vitamini itməsin deyə salatları da meyvə şirəsi kimi hazırlandıqdan sonra tez zaman ərzində qəbul edin.

Düzgün qidalanmada digər bir şərt, kifayət qədər zülal qəbul etməkdir. Xüsusilə süd, qatıq, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir. Sözügedən məsləhətlərə əməl etməklə immun sisteminizi gücləndirib, xəstəliklərdən qoruna bilərsiniz.

Sağlamlıq     Baxılıb: 2636   Tarix: 04 oktyabr 2014
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

kosmetoloq yemek reseptleri geyim və ayaqqabılar uşaqlar və tərbiyə analiq məktəbi qripdən qorunmaq göyəm mürəbbəsinin resepti kosmetika muellim seiri novruza aid hakistalar rus dilini öyrənək hekaye janri hakışta