Payızda dəri üçün olan xüsusi maskalar

Payızda dəri üçün olan xüsusi maskalarYuyunmaq üçün su

Tələb olunur: 1 çay qaşığı duz, 250 ml su.
Hazırlama qaydası: duzu suda əritmək.
Tətbiqetmə. Axşamlar bu su ilə yuyunmaq.
Yumşaldıcı maska

Tələb olunur: 1 xörək qaşığı marqarin, 1 çay qaşığı kök şirəsi.
Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
Tətbiqetmə. Qatışığı üzə çəkib, 10 dəqiqə saxlamaq. Kağız salfetlə silmək, üzü su ilə yaxalamaq.
Quru dəri üçün yağlı maska

Tələb olunur: 100 ml saflaşdırılmamış bitki yağı, 1 çay qaşı­ğı xırdalanmış çobanyastığı ləçəkləri, 1 çay qaşığı bal və 1 çay qaşığı quşarmudu şirəsi.

Hazırlama qaydası: yağı su vannasında isitmək, qalan inqre­diyentləri əlavə etmək. İçində göz, ağız və burun yerləri açmaq­la pambıq hazırlamaq və qatışığa batırmaq.
Tətbiqetmə. Maskanı üzə qoymaq və 15 dəqiqə saxlamaq. Qa­lıqları salfetlə götürmək. Əvvəl ilıq, sonra soyuq su ilə yuyunmaq.
Kalendula kremi

Tələb olunur: 1 xörək qaşığı kalendula ləçəyi, 1 xörək qaşığı qarğıdalı yağı, 2 çay qaşığı arı mumu, 1 çay qaşığı qliserin, 10 xörək qaşığı bitki yağı.
Hazırlama qaydası: kalendulanın ləçəklərinin üzərinə bitki yağı əlavə edib, 1 həftə qaranlıq yerdə saxlamaq (müntəzəm şə­kildə çalxalamaq). Mumu su vannasında əritmək, 2 xörək qaşı­ğı əvvəlcədən hazırlanmış kalendula yağı əlavə etmək. Qarışıq soyumamış içinə qliserin tökmək. Soyuyanadək qarışdırmaq.
Tətbiqetmə. Quru dəriyə qulluq üçün kremdən istifadə etmək.
Bananlı maska

Tələb olunur: 1 banan, 1 yumurtanın sarısı, 1 xörək qaşığı zeytun yağı.
Hazırlama qaydası: bananı təmizləmək, püre şəklində əz­mək, yumurtanın sarısını əlavə etmək və yağı süzmək. Yaxşıca qarışdırmaq.
Tətbiqetmə. Maskanı masaj xətti üzrə üzə yaxmaq, 10 dəqi­qə saxlamaq. İlıq su ilə yumaq.
Ərikli-yağlı maska

Tələb olunur: 2 ərik, 1 xörək qaşığı zeytun yağı.
Hazırlama qaydası: əriklərin çəyirdəyini çıxarıb əzmək, yağ­la qarışdırmaq.
Tətbiqetmə. Qarışığı üzə çəkmək, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Multivitaminli maska

Tələb olunur: 1 limon, 1 qreypfrut, 1 portağal, 2 çay qaşığı bal.
Hazırlama qaydası: meyvələrin şirəsini çıxarmaq, onu balla qarışdırmaq.
Tətbiqetmə. Qarışığı üzə çəkib 10 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Nəmləndirici maskaların tərkibində çoxlu miqdarda su olduğundan dərini daha elastik və təravətli edir.

Qozla maska

Tələb olunur: 3 ədəd qoz ləpəsi, 1 xörək qaşığı kərə yağı, 1 çay qaşığı limon şirəsi.
Hazırlama qaydası: qoz ləpələrini xırdalamaq, yağla qatmaq, şirə əlavə etmək. Yaxşıca qarışdırmaq.
Tətbiqetmə. Maskanı yatmazdan 2-3 saat əvvəl üzə çəkmək, 15 dəqiqə saxlamaq. Qalıqları kağız salfetlə təmizləmək. xanim.net

Gözəllik və Moda     Baxılıb: 3786   Tarix: 24 sentyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

turlar.az

hamilelikde qidalanma geyim necə seçməli toy makiyajlari kişi xəyanət edərsə keks reseptləri qiymenin hazirlanmasi öskürəyin təbii müalicəsi kosmetika burclerin uyumu sanamalar baliq burcu maskalar bakire