Paytaxtda yayılan qorxulu xəstəlik - Qrip, yoxsa...

Paytaxtda yayılan qorxulu xəstəlik - Qrip, yoxsa...Adəti üzrə payız mövsümü özü ilə bərabər bir çox xəstəliklər də gətirir. Havaların dəyişkən keçməsi nəticəsində həm böyüklər, həm də uşaqlar arasında öskürək, soyuqdəymə kimi xəstəliklərin yayılması artır. Xüsusən də son günlər güclü öskürəklə müşayiət olunan virusların da artdığı müşahidə olunmaqdadır. Bəs bu cür viruslardan özümüzü necə qoruyaq?
Milli.Az xəbər  verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a danışdı:
"Payız mövsümü başlayanda adətən soyuqdəymə halları tez-tez baş verir. Doğrudur, payızın ilk ayı çox isti keçdi, bu da öz təsirini göstərir. Belə ki, hava müəyyən saatlarda isti olur, bir qədər keçdikdən sonra isə birdən-birə hava soyuyurdu. Beləliklə, insanlar  geyim məsələsindən çaşqın qalırdılar və havaya uyğun doğru geyim seçmirdilər. Seçilən geyim gün ərzində baş verəcək müəyyən temperaturlara uyğun olmalıdır.
Digər tərəfdən, payız mövsümü başlayanda meyvə-tərəvəz azalır, immun sistemi nisbətən zəifləyir. Bu da ki, soyuqdəyməyə gətirib çıxarır. Bəziləri bunu qrip adlandırır, amma əslində tibbi adı kəskin respirator xəstəliyidir. Bu zaman boğazdakı viruslar aktivləşir və burun axması, öskürək, nəfəs yollarının qıcıqlanması, hərarətlə müşahidə olunur. Bu əlamətləri görəndə insanlar onu qrip adlandırır. Qeyd etdiyim kimi bu, qrip deyil. Adətən qrip infeksiyası olanda bütün dünya bu barədə məlumat verir".
Tanınmış həkim viruslardan qorunmağın yollarından da söz açdı:
"Bir nəfər xəstələndisə, artıq virus yoluxdurma qabiliyyəti yüksək olduğu üçün başqalarına da keçir, xəstələnir. Tez-tez müşahidə edirik ki, mövsümi xəstəlik kimi xeyli insan xəstələnib. Ona görə də ictimai nəqliyyatda, əhalinin çox olduğu yerlərdə, bağçada, məktəbdə maska ilə gəzmək lazımdır ki, viruslara yoluxmayaq. Bəzən maskalara komplekslə yanaşırıq. Amma maskadan istifadə etmək vacibdir. Daha bir vacib məsələ, bir az öncə qeyd etdiyim kimi, geyimlərdir. Ayaqqabı, bədənin ümumi və alt geyiminə mütləq diqqət etmək lazımdır. Bu mövsümdə hava kəskin dəyişə bilir. Məlum olduğu kimi paytaxt Bakı küləkli şəhərdir. Bu məsələni də unutmaq olmaz. Qidalanmaya da diqqət etmək lazımdır. Yaxşı olardı ki, immuniteti zəif olanlar vitamin həblər qəbul etsin. Bronxial asması, ürək xəstəlikləri olan xəstələr vaxtaşırı həkimə müraciət etməli, xəstəliklərini nəzarətdə saxlamalıdırlar.
Həmçinin  bu mövsümdə mədə-bağırsaq xəstəlikləri kəskinləşir. Bununla bağlı vaxtında tədbirlər görmək lazımdır. Hər halda fəsil dəyişəndə buna hazır olmalıyıq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1823   Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

makiyaj instagram həkim məsləhəti qadin sayti xalq təbabəti vətən haqqında bayatı sinir sistemi ataya aid atalar sozleri kosmetika vətənə aid atalar sözləri novruz bayramı qurd xəstəliklərinə qarşı mualicə maska ziyafet geyimleri