Pediatr: "İmmuniteti zəif olan uşaq hər bir xəstəliyi ağır keçirə bilər"
Əgər uşağın başqa xəstəlikləri varsa, məsələn, yarımçıq doğulubsa, çəki azlığı varsa, bağırsaq problemləri, immunitet zəifliyi, ürək xəstəliyi varsa, infeksiya yoluxduğu halda xəstəliyi ağır keçirə, sətəlcəm qazana bilər".
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu həkim-pediatrı Hafizə Məmmədova deyib: "Valideyn virusa yoluxduğu təqdirdə təcrid olunmalı və maska taxmalıdır. Virus yüklənməsi deyilən bir anlayış var, nə qədər çox virus uşağın bədəninə yüklənsə, xəstəlik də o qədər ağır keçəcək. Yaxşı cəhət orasıdır ki, uşaqlar bu xəstəliyi yüngül keçirilər. Lakin bu, heç də bütün uşaqlara şamil edilmir. Əgər uşağın başqa xəstəlikləri varsa, məsələn, yarımçıq doğulubsa, çəki azlığı varsa, bağırsaq problemləri, immunitet zəifliyi, ürək xəstəliyi varsa, infeksiya yoluxduğu halda xəstəliyi ağır keçirə, sətəlcəm qazana bilər".
Həkim-pediatr onu da qeyd edib ki, COVID-19-dan qorunmaq üçün gigiyenik qaydalara mütləq şəkildə riayət edilməlidir. Həmçinin düzgün qidalanma olduqca mühüm şərtdir. Onun dediyinə görə, bəzən və ya bir çox hallarda uşaqlar zərərli qidalara meyil göstərirlər ki, bu da onların mədə-bağırsaq sisteminə mənfi təsir göstərir: "Qəbul edilən qidaların tərkibindəki vitamin, mineral, şəkər, su, lazım olan maddələr, eyni zamanda, dərmanlar bağırsağa sorulur. Hansısa bir uşağın bağırsaq və həzmsizlik problemləri varsa, həmin uşaqda immunitet zəifliyi və çəki azlığı olur. İmmunitet zəifliyi olanda uşaq nəinki koronavirusu, hər bir xəstəliyi ağır keçirə bilər".
Uşaqların immun sisteminin güclənməsi üçün valideynlər onlara bol vitamin və minerallarla zəngin qidalar qəbul etməsini diqqətdə saxlamalıdırlar. Bundan başqa uşaqları çox tünlük, havalandırmanın zəif olduğu qapalı məkanlara aparmaq məsləhət görülmür. Bu cür sadə və vacib qaydalara əməl etməklə uşaqları xəstəlikdən qorumaq mümkündür.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
Aysel plastik əməliyyat etdirdi
Miri Yusifin "Üzbəüz"ü trend oldu
Coninin səsi batdı - Konsertlər dayandırıldı