Pəhriz müddətində bu içkidən imtina edin
Britaniyalı teleaparıcı və həkim Maykl Mosli insanlara fasiləli orucun faydalarından danışıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, belə pəhriz xüsusilə hipertoniyanın və 2-ci tip diabetin inkişafının qarşısını alır.
Bu metodun mahiyyəti yemək saatlarını məhdudlaşdırmaqdır. Həkim öz qidalanmasını misal çəkib: axşam saat 7-də ailəsi ilə nahar edir, səhər 9-a qədər yemək yemir. Bu zaman özünə yalnız qara çay və su icazə verir. Aclıq müddətində su, çay və qəhvə içmək qəbul olunur.
Qeyd etmək lazımdır ki, "orucluq" mərhələsində çay və qəhvəyə icazə verildiyini göstərən tədqiqatlar var, lakin kofeinin qlükoza tənzimlənməsinə təsiri ilə bağlı müzakirələr davam edir. Buna görə də sudan başqa bütün içkilərdən imtina etmək daha doğru olardı. İsti və ya soyuq, fərqi yoxdur, ancaq su olmalıdır. Həm də qazlı deyil, adi su.
Milli.Az /news.milli.az









Hakışta
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Çox səhvlərim olub, peşmanam' - Şəbnəm
Gənclik iksiri hazırlandı - Ömrü iki dəfə uzadır
Xalq artistinin həyat yoldaşı oğlunu təbrik etdi - FOTO
"Maska dövrü geri qayıda bilər" - 7 mutasiya keçirən epidemiya sürətlə yayılır
Qadınlar və ideal gözəllik standartları
Azərbaycanlıların gündəlik səhər vərdişi xərçəng yaradır