Pəhriz zamanı edilən SƏHVLƏR

Pəhriz zamanı edilən SƏHVLƏRTətilə çıxmazdan əvvəl sürətlə arıqlamaq istəyi səhv pəhriz tətbiq etməyə gətirib çıxarır. Pəhriz proqramları qulaqdan-qulağa gəlib çatan yanlış məlumatlarla deyil, hər bir fərdin maddələr mübadiləsi fərqli olduğu üçün insanın özünə məxsus olmalıdır.
Uzun müddət ac qalmaq və ya bir növ qidalanmaqla tez müddətdə çəki azaltmaq bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Türkiyəli dietoloq Sinem Uyğunun tez-tez edilən pəhriz səhvləri haqqında fikirləri ilə sizi də tanış edirik.
1. Uzun müddət ac qalmaq
Sürətlə arıqlamaq üçün edilən səhvlərin sırasında ilk yeri yemək vaxtını ötürmək və ya uzun müddət ac qalmaq tutur. Yeməklərdən sonra fəaliyyətə başlayan maddələr mübadiləsi, qidaları həzm etmək üçün enerji xərcləyir. Heç qidalanmamaq və ya gündə 1-2 payla kifayətlənmək maddələr mübadiləsini yavaşladır. Sürətlə çəki azaltmaq üçün edilən bu səhv əksinə təsir edərək insanın arıqlamasına mane olur. Yemək vaxtını ötürmək əvəzinə, seçdiyiniz qidaların dəyişdirilməsinin çəki azalmasına kömək olduğunu unutmayın.
2. Çörəyi qidalanma proqramından çıxarmaq
Pəhriz proqramlarında çörək və karbohidrat ehtiva edən qidaların həddindən artıq yeyilməsi təklif edilmir. Lakin çörəyin pəhrizdən tamamilə çıxarılması mənfi nəticələr doğura bilər. Qidalanmadan çıxarılan çörəyin yerini fərqində olmadan makaron, yarma kimi karbohidrat qrupları ala bilər. Çörəklə birlikdə bütün karbohidratların qidalanma proqramından çıxarılması isə əzələ itkisi riskinə səbəb olur. Diqqət yetirilməsi lazım olan məqam, çörək və ya digər karbohidratların miqdarıdır.
3. Köp yaradacağı üçün az su içmək
Çoxları su içməyin köp yaradacağını düşünür. Lakin əksinədir. Lazımlı miqdarda su içmək bədəndə şiş meydana gəlməsinə mane olur. Həzm fermentlərinin çalışması üçün kifayət miqdarda su içmək vacibdir. Su içmədikdə həm həzm sistemi, həm də maddələr mübadiləsi yavaşlayır. Gündəlik ehtiyac duyulan miqdarda su içilmədikdə, çay və ya qəhvə sayını çoxaltmaq bədəni susuz buraxan, maddələr mübadiləsini yavaşladan və şişkinliyə səbəb olan faktorlardandır.
4. Tərkibində şəkər olduğu üçün meyvə yeməmək
Meyvələr çox miqdarda şəkər ehtiva edir. Lakin miqdarına nəzarət edilərək yeyildikdə, gün ərzində lazım olan karbohidrat, vitamin və mineralı təmin edər. Bununla yanaşı, meyvələrin antioksidan miqdarı yüksək olduğu üçün maddələr mübadiləsini sürətləndirir və xəstəliklərə qarşı qoruma mövqeyi tutur. Gün ərzində ara pay və ya ana paydan dərhal sonra meyvə yemək çəki artmasına səbəb olmur. Gecə saatlarında və ya gün ərzində çox meyvə yemək isə çəki artmasına səbəb ola bilər.
5. Sadəcə tərəvəz və meyvə yeyərək arıqlamağa çalışmaq
Kifayət qədər heyvani zülal yeyərək pəhriz saxlamaq insulin kimi zülal quruluşuna malik olan hormon və fermentlərin kifayət qədər istehsal edilməməsi və ya fəaliyyətinə imkan vermir. Tərəvəz və meyvədən alınan bitki mənşəli zülal ilə heyvani qidalardan alınan zülal bədənə eyni formada fayda vermir. Tərəvəz və meyvələrlə zəngin qidalanma proqramı, digər qida qrupları ilə birlikdə tətbiq olunmalıdır.
6. Sürətlə arıqlamaq üçün bir növ qidalanma
Yalnız tərəvəz və meyvə yeyərək çəki azaltmağa çalışmaq nə qədər yanlışdırsa, yalnız zülala söykənən qidalanma proqramı da eyni dərəcədə təhlükəlidir. Bir növ pəhrizlərin hamısı hər hansı vitamin, mineral və əzələ itkinlərinə səbəb olur. Lazım olduğundan artıq qəbul edilən zülal bədəndə turşulanmaya səbəb olur və sümüklərdə kalsiumun azalmasına, böyrəklərə yük düşməsinə, bağırsaq florasının pozulmasına gətirib çıxarır. Bu cür pəhrizlərdə ilk günlərdə qısa müddətdə çəki azalsa da, bir müddət sonra maddələr mübadiləsinin yavaşlaması nəticəsində çəki azalması dayanır.
7. Çəki vermədiyi üçün yağsız məhsullardan çox istifadə etmək
Yeyilən bütün qidalarda olduğu kimi yağsız məhsulların də kalorisi var. Yağsız məhsulların kalorisi digər qidalara nisbətən daha azdır. Lakin bu məhsulların miqdarına diqqət etmədən yemək də çəki artmasına gətirib çıxara bilər. Unutmayın ki, ağ çörək yerinə kəpəkli çörək yemək də karbohidrat qəbuluna səbəb olur. Kəpəkli çörək yeməyin yeganə faydası qan şəkərinin daha yavaş-yavaş yüksəlməsi və əlavə lif qəbuldur.
8. Yağ yandırdığı üçün çox miqdarda limon yemək
Heç bir qida tək halda yağ yandırılmasını təmin etmir. Təkcə sirkəli və ya limonlu su içmək də yağ yandırılmasını təmin etmir. Limonlu və ya da sirkəli suyun qələvi dəyəri yüksəkdir və maddələr mübadiləsini az da olsa sürətləndirir. Dadı və qoxusu gözəl olan limonlu və ya sirkəli suyu içmək daha asan və xoşdur. Lakin uzun müddət içildikdə mədə problemlərinə yol aça bilər. Limon və sirkəni su ilə qarışdırıb içməkdənsə, salatlara əlavə etmək daha doğru bir seçimdir.
9. Yeməklərdə tamamilə yağdan istifadə etməmək
Hüceyrə pərdəsinin və hormonların böyük bir qismi yağdan meydana gəlir. Hüceyrələrin və bu səbəbdən bədən funksiyalarının düzgün fəaliyyəti üçün qidalanmada keyfiyyətli yağlar mütləq olmalıdır. Yağsız qidalanmaq, kifayət qədər yağ qəbul etməmək maddələr mübadiləsini yavaşladır və çəki azaltmağı çətinləşdirir. Salatları yağsız yemək, yağda əriyən (A, D, E, K) vitaminlərinin sorulmasının qarşısını aldığı üçün pəhriz saxlayarkən vitamin və mineral qəbulunu azaldır. Bədən üçün lazımlı olan yağları əldə etmək üçün qoz, fındıq, badam kimi yağlı toxumlar yemək məsləhətdir. Bununla yanaşı, yağları ehtiyac olduğu qədər yemək toxluq müddətini də uzadır.
Aile.lent.az

Sağlamlıq     Baxılıb: 1622   Tarix: 15 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yemek reseptleri donlar 2025 geyim seçimi qaraciyər manqal salati arıqlamaq valideyne aid statuslar baldıza aid hakışta bayati hamilelik novruza aid hakışda oxatan