Pərvin Abıyeva ölkəni tərk edir

Pərvin Abıyeva ölkəni tərk edir"Maşın" realiti-şousunun iştirakçısı Pərvin Abıyeva avtomobilini satışa qoyub. Aktrisanın "Porsche Cayenne" markalı maşınının fotoları elan saytlarının birində paylaşılıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, aktrisa xəbəri bu gün "Maşın" şounun pavilyonunda jurnalistlərlə baş tutan görüşdə təsdiqləyib. P.Abıyevanın sözlərinə görə, o, avtomobili yarışmaya gəlməzdən əvvəl satışa qoyub:

"Artıq bir aydır ki, evimi və avtomobilimi satışa qoymuşam. Onun bu proqrama heç bir aidiyyatı yoxdur. Hətta gələndə əməkdaşlardan xahiş etmişdim ki, satış məsələlərinə görə telefonla əlaqə saxlamağa icazə versinlər. Sağ olsunlar, heç bir köməklik etmirlər, çünki qaydalara ziddir. Deyirlər ki, maşını guya bu verilişdə qalib gələcəyimə əmin olduğum üçün satıram. Amma belə deyil. Hər halda, "Porsche Cayenne" markalı avtomobili "Nissan"a görə satmaq doğru olmazdı. Oyunda nə qədər qalacağım haqqında heç bir fikrim yoxdur, ən əsası təhlükədə olan iştirakçılardan biri mənəm.

Evimi və maşınımı satmağımın əsas səbəbi odur ki, həyatımda ciddi dəyişiklik etməyə ehtiyac duyuram. 3 ildən çoxdur ki, "Porsche Cayenne" idarə edirəm. Düşündüm ki, avtomobili dəyişmək vaxtıdır. Bəzən psixoloji problemlərim olur, hər şeydən yoruluram, yenilik axtarışına çıxıram. Ola bilsin ki, başqa ölkəyə köçdüm. O da alınmasa, yeni ev və yeni maşınla özümü sevindirəcəyəm".

Daha sonra aktrisa dünənki oyunda Əli Mirəliyevlə yaşadığı qalmaqaldan danışıb. Aktrisa bildirib ki, bu günə qədər müğənniyə jest etmək fikrində olub:

"Əli bəyin nəvəsi yaşında birinə yarışmada məğlub olması qəlbimə toxunurdu. Hətta sonda ona görə əlimi maşından çəkmək istəyirdim. Dünən o qədər həyəcanlı olmuşam ki, Ə.Mirəliyevin ünvanıma dediyi xoşagəlməz sözləri aydın eşitməmişəm. Bu gün bildim ki, Əli bəy mənə "Sən o "Porsche"ni hansı pulla almısan?" deyə birmənalı qarşılanmayan sual verib. Bax bu sözdən sonra Əliyə qarşı qəlbim qırıldı".

Qeyd edək ki, P.Abıyeva avtomobili 90 EP 333 nömrəsi ilə birgə 55 min dollara ( təxminən 93 min AZN) satır. Elan sayta ötən gün yerləşdirilib.

Məlumat üçün bildirək ki, müğənni Əli Mirəliyev səsverməyə çıxarkən hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu bildirib. O, emosional çıxışı zamanı aktrisanın "Porsche"sinə də söz atıb. Mirəliyev "Hansı pulla almısan o bahalı maşını? Mən 50 ildir ki, mahnı oxuyuram, maşınım yoxdur", - deyib. Daha sonra sənətçinin canlı efirdə mikrofonu söndürülüb.

Xəbərlər     Baxılıb: 2545   Tarix: 09 iyun 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

qadin sayti yemek reseptleri geyim seçimi badimcandan qisa hazirliq menstruasiya xəstəliklər qadın orqanizmi kosmetika gozde olar novruz sevda dovsan usaq geyimleri