Peyğəmbər və uşaqlar

Peyğəmbər və uşaqlar1430 il əvvəl. Aləmlərə rəhmət olaraq göndərilən sevimli Peyğəmbərimiz (s.ə.s) hicrət səfərini bitirib hələ o vaxtlar Yəsrib (sonradan Mədinə) adlanan şəhərə daxil olur.
Böyükdən kiçiyə hamı həsrətində olduqları Peyğəmbəri (s.ə.s) sevinclə dolu göz yaşları ilə, "Vida təpələrindən ay doğdu üzümüzə və şükür etmək vacib oldu bizə!" nəğməsi ilə qarşılayır. Peyğəmbər (s.ə.s) dəvəsindən düşür, hamı onu qucaqlayıb əlindən, üzündən öpmək istəyir. Mədinə uşaqları hamılıqla qollarını açıb onu qucaqlamaq, bağrına basmaq istəyir. Peyğəmbər (s.ə.s) uşaqlara tərəf gedir, qollarını açıb qucaqlaya bildiyi qədər onları bağrına basır, üzlərindən, gözlərindən öpür. "Məni sevirsinizmi,
uşaqlar?", - deyə soruşur. Uşaqlar uca səslə. "Bəli, sevirik səni, ey Allah Peyğəmbəri, özü də çox sevirik" deyirlər. Peyğəmbər (s.ə.s) onları daha bərk bağrına basaraq buyurur: "Allah şahidim olsun ki, mən də sizi çox sevirəm".

Hicrət uşaqlarla başladı. Mədinəlilər Peyğəmbərə (s.ə.s) xidmət etsin, ona salam verib salamının cavabını alsın deyə, hərə bir şey hədiyyə etmək istəyir – Biri ən ləziz xurma, başqa birisi sərin su. Ummi Suləyn adlı yoxsul qadın Peyğəmbərə (s.ə.s) nə hədiyyə edəcəyini bilmir. Birdən on yaşlı oğlu Ənəsi görür. Onu Peyğəmbərin (s.ə.s) yanına aparır. Ey Allah Peyğəmbəri! Bu mənim oğlum Ənəsdir, icazə versəydiniz, sizin yanınızda qalardı, sizin tərbiyənizi alardı. İnşallah incitməz sizi.

Ənəs iyirmi yaşına qədər Peyğəmbərin (s.ə.s) yanında qalır. O, Peyğəmbər (s.ə.s) barədə deyir: On il Peyğəmbərin (s.ə.s) yanında qaldım, bir dəfə də olsun mənə hirslənmədi, hətta üzünü belə turşutmadı. Günlərin biri məni bir yerə göndərdi, əvvəl getmək istəmədim, israr etdikdən sonra getməyə razı oldum. Getmək istərkən başım yolda oynayan uşaqlara qarışdı və mənə tarşırılanları unutdum. Peyğəmbər axşam evə qayıdarkən məni yaxaladı və göndərdiyi yerə getdiyimi soruşdu. Getmədiyimi bilincə yenə də mənə hirslənmədi və bir kəlmə də olsun acı söz demədi.

Ənəs deyir: Başqaları məni incitdikləri zaman onlara deyərdi: İşiniz olmasın uşağımla, əgər Allah istəsəydi belə olardı… Ənəs sözlərinə davam edərək deyir: Allah Peyğəmbəri (s.ə.s) uşaqlara qarşı son dərəcə şəfqətli və mehriban idi. Onun bədəninin qoxusu məni valeh edirdi. Çox vaxt yalnız ətrini duymaq üçün yanına gedərdim. Əlini başıma uzatdığı zaman ətrafı gözəl qoxu bürüyürdü. Günlərin biri məni yanına çağırıb buyurdu: "Övladım, dəstəmazını doğru və düzgün al, belə et ki, ömrün uzun olsun. Dəstəmazını doğru və düzgün al ki, səni qoruyan mələklər səni yaxşı qoruyub yanında olmaqdan həzz alsınlar". Ənəs ömrünün sonunadək Peyğəmbərin (s.ə.s) tövsiyəsinə əməl edir və təsadüfi deyil ki, 120 il ömür sürdü.

Ailə və Uşaq     Baxılıb: 3142   Tarix: 22 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 geyim dəbləri hicab yay donları uşağın cinsiyyəti 2026 un geyimleri kosmetika bir arzum var vətən haqqında bayatılar dostluq vətən həsrəti vətənə aid bayatı