Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyur

Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyurKeçən il koronavirus səbəbilə təsirə məruz qalan uşaq peyvəndləri yetkinlik yaşına çatmayanlarda müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə bəyanatında bildirilib.
"Ölkələr COVID-19 peyvəndləri ilə mübarizə apararkən digər peyvəndlərdən geri qalırıq, uşaqları qızılca, poliomielit və ya meningit kimi riskli, lakin qarşısı alına bilən xəstəliklərə məruz qoyuruq. Çoxsaylı epidemiyalar cəmiyyətlər və sağlamlıq sistemləri üçün fəlakətli olacaq. Bütün səhiyyə sistemləri COVID-19-la mübarizə aparır. Bu səbəbdən uşaq peyvəndlərinə sərmayə qoymaq və hər uşağın vaksinlənməsini təmin etmək hər zamankından daha vacibdir", - ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib.
Təşkilat bu səbəbdən Pakistanda qızılca epidemiyasının artıq başladığını açıqlayıb. Eyni zamanda hazırda Hindistan, Pakistan, İndoneziya, Filippin, Meksika, Anqola, Tanzaniya, Mozambik, Argentina, Venesuela və Mali difteriya, tetanus və göy öskürək peyvəndlərindən korluq çəkir.
Qeyd olunub ki, 2020-ci ildə pandemiya səbəbilə 23 milyon uşağın rutin immunlaşdırma və tam vaksinasiya prosesi həyata keçirilməyib. Eyni zamanda il ərzində təxminən 17 milyon uşaq bir dənə də olsun peyvənd almayıb. Vaksinlərin dayandırılmasından ən çox Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi bölgələri əziyyət çəkib. Uşaqların qeyri-rəsmi mühitdə və ya gecəqondularda yaşadığı ölkələrdə vəziyyət daha pisdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 20 iyul 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

hamiləlik həkim məsləhəti gözəllik məhsulları merlin monro uşaqlar və tərbiyə efirde soyunan aparici autizm xesteliyi kosmetika xeyanet burclerin uygunlugu ariqlamaq rus dilin nece orenek veten