Peyvənd olunmayanlar infeksion xəstəliklərə yoluxma riskinə məruz qalırlar

Peyvənd olunmayanlar infeksion xəstəliklərə yoluxma riskinə məruz qalırlarMüasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizədə ən səmərəli və iqtisadi cəhətdən əlverişli üsul vaksinasiyadır. Həmin proses aktiv immunizasiya adlanır. Hələ qədim dövrlərdə müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən şəxs bu xəstəliyə yenidən tutulmur və ya onu yüngül keçirir. Ona görə də pandemiya və epidemiyalar zamanı həmin şəxslərdən ibarət müəyyən qruplar yaradılır və onlar xəstələrə qulluq edirdilər.
Uşaqlarda vaksinasiyanın əsas məqsədi erkən dövrdə güclü immunitet yaratmaqdır. Bəşəriyyət tarixində bir çox yoluxucu xəstəliklərin qarşısı məhz peyvənd vurulmasından sonra alınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Telman Aytayevin dediyinə görə, vaksinasiya nəticəsində immun sistemi mikrobu tanıyır. Orqanizm mikrobu tanıyandan sonra ona qarşı immunitet yaranır və yoluxma zamanı infeksiyanın əlamətləri müşahidə edilmir.
Pediatr onu da qeyd edib ki, bəzən insanlar arasında peyvəndlər barədə yanlış söz-söhbətlər dolaşır. Bəziləri elə düşünür ki, peyvəndin ziyanı ola bilər və bu səbəbdən də vaksinasiyadan yayınmaq lazımdır. Həkim-pediatr deyib: "Bu, heç də belə deyil. Təbii ki, bütün tibbi prosedurlar kimi peyvəndlərin də yan təsirləri və allergiya riski ola bilər. Lakin peyvənd olunmayanlar daha böyük təhlükəyə - infeksion xəstəliklərə yoluxma riskinə məruz qalırlar. Peyvəndlər çox əhəmiyyətlidir və hətta bir çox ölkələrdə vaksinasiya edilməyənlər barədə ciddi qanunlar var".
Müsahibimiz bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin kimlərə tətbiq edilməməsi ilə əlaqədar kiçik bir siyahı da təqdim edib. "Məsələn, nevroloji pozuntusu olan xəstələrdə peyvəndləmə aparılmaya bilər. Uşağın inkişafı normaldırsa və hansısa xəstəlik diaqnozu qoyulmayıbsa, peyvəndin vurulmamasına səbəb yoxdur. Səbəbsiz qızdırma olduqda isə peyvənd edilməsi bir həftə ləngiyə bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1797   Tarix: 01 yanvar 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

turlar.az

həkim məsləhəti reseptler geymler 2026 sufle resepti tutun faydalari öpüşmək elm aid atalar sozleri kosmetika mikayıl abdullayev masqalar efsane hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz rus dilini öyrənək