Peyvənd vurdurmaq hər il tələb olunacaq - Professor AÇIQLADI
"BioNTech"in qurucularından olan Uğur Şahin illik 1 doza peyvəndin virusa qarşı effektiv olacağını açıqlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, U.Şahin bildirib ki, dördüncü aydan sonra peyvəndin təsiri azalmağa başlayır və altıncı ayda bu azalma daha da sürətlənir.
"Həmçinin bu peyvənd ağır xəstəliklərin qarşısını alır. Koronavirusa qarşı peyvənd olunanlar bu xəstəlikdən daha yüngül formada sağalırlar.
Bizim (Pfizer - red.) peyvənd artıq iki doza olaraq təsdiqlənib. Əhəmiyyətli olan odur ki, peyvəndin üçüncü dozası yenidən müdafiəni artırır. Biz peyvəndin iki dozasından sonra qorunmanın daha uzun sürəcəyini gözləyirik və qripdə olduğu kimi, ildə 1 dəfə peyvənd kifayətdir. Bununla belə, hazırda dördüncü doza koronavirus peyvəndinin təsiri və onun nə vaxt tətbiq edilməsi ilə bağlı araşdırmamız yoxdur. Yeni variantlardan narahat deyilik və bilirik ki, virusdan qorunmanı yenidən 95 faizə çatdıra bilərik", - professor qeyd edib.
Milli.Az /news.milli.az









Hollivud ulduzu təhlükəli ərazidən çıxarıldı - Fotolar
Çox təhlükəli VİRUS: Yeni karantin qapıda
D vitamininin ziyanı üzə çıxdı
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"