Peyvəndləri zərərli bilənlərin DİQQƏTİNƏ: Dünya 6 yoluxucu xəstəlikdən xilas oldu

Peyvəndləri zərərli bilənlərin DİQQƏTİNƏ: Dünya 6 yoluxucu xəstəlikdən xilas olduPeyvənd zərərlidirmi? Bu sual əsrlər boyunca bəşəriyyəti narahat edən məsələlərdən biri olmuşdur. Peyvəndin əhəmiyyəti ilə bağlı mübahisə və müzakirələr davam edərkən Çində başlayan və yüzlərlə insanın ölümünə səbəb olan koronavirusu mübahisə və müzakirələrə yeni bir baxış bucağı qazandırıb. Peyvəndin həyat xilasedici təsirləri olduğunu ortaya çıxaran və yeni növ peyvəndlərin inkişaf etdirilməsini stimullaşdıran bir çox inkişafa şahid olduq.
Milli.Az lent.az-a istinadən bəşəriyyətdə böyük epidemiyalara səbəb olan və peyvəndlərin sayəsində qarşısı alınan yoluxucu xəstəlikləri təqdim edir:
Çiçək xəstəliyi
Variola adlanan bir virusun səbəb olduğu və tənəffüs yolu ilə yoluxan çiçək xəstəliyi, insanların bədənlərində və üzlərində qabıq bağlayan səpkilərlə müşahidə olunan böyük nöqtələr şəklində qaşıntılı, içi sulu qızartılar meydana gətirir. İmmun sisteminə hücum edərək sürətli şəkildə ölümə səbəb olan xəstəlik 17-ci əsrdə ölümcül bir epidemiyaya səbəb olub. O dövrdə hər 10 insandan 3-ü çiçək xəstəliyi səbəbi ilə həyatını itiririb. Edvard Cenner, dünyanın ilk peyvəndini yaratmaqla digər yeni peyvəndlərin yaradılmasına vəsilə olub. Peyvəndin inkişaf etmiş ölkələrdə davamlı tətbiqinə başlanılıb və 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) "çiçək xəstəliyini tamamilə ortadan qaldırılan ilk xəstəlikdir" şəklində bəyanat verib.
Uşaq İflici və ya Poliomielit
Poliomielit olaraq da tanınan uşaq iflici, mərkəzi sinir sistemini təsir edərək iflicə səbəb olan bir xəstəlikdir. Poliovirusun səbəb olduğu bu xəstəlik, gəlib keçici qrip bənzəri simptomlarla müşahidə olunurdu. Uşaqlar, həftələr boyunca süni tənəffüs cihazlarının içərisində qalırdı. 1952-ci ildə ABŞ-da 3000 uşaq, bu iflicdən həyatını itirib. Ağız yoluyla yoluxan virus, ictimai yerlərdə yayılırdı. 1955-ci ildə inkişaf yaradılan peyvənd sayəsində uşaq iflici nisbətləri sürətlə azalmaya başladı. 2019-cu ilin Mart ayı hesabatlarına görə yalnız üç ölkədə (Nigeriya, Pakistan və Əfqanıstan) uşaq iflici qeydə alınıb.
Difteriya
20-ci əsrin əvvəllərində yayılmağa başlayan difteriya, təkcə 1921-ci ildə 15520 nəfərin ölümünə gətirib çıxarıb. 1990-cı illərin əvvələrində əhali sıxlığının çox olduğu şəhərlərdə insanların ölümünə səbəb olan xəstəlik 1923-ci ildə yaradılan difteriya peyvəndi ilə böyük nisbətdə azaldı. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatına təxminən 7100 difteriya qeydə alındığı raport edilib. Bu esasən ölkələr ümumiyyətlə inkişaf etməmiş ölkələrin payına düşür. (Centers for Disease Control and Prevention, CDC) (ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri) uşaqlara dörd doza difteriya peyvəndi və hər 10 ildə bir də immunitet gücləndirici peyvənd etdirilməsini tövsiyə edir.
Qulaqdibi xəstəliyi və ya parotid
Rubulavirus ailəsinin üzvü olan paramiksovirus adlı bir virusun səbəb olduğu qulaqdibi xəstəliyi, tüpürcək yoluyla yayılır və uşaqlarda ağrılı bir üzə səbəb olur. Qulaqdibi peyvəndinin vaksinasiyasından əvvəl, ABŞ-da hər il təxminən 186 000 xəstə qeydə alınırdı. Ümumiyyətlə ölümcül riski yaratmasa da, eşitmə itkisi kimi ömür boyu davam edən problemlərə səbəb ola bilən bu xəstəlik, gənc kişilərin təxminən yüzdə 20 və 30 -nun xaya iltihabı adlanan (xaya şişməsi) xəstəliyə səbəb olur. 1997-ci ildə paratid peyvəndi tətbiq olunmağa başlandı və xəstəlik 99 faiz azaldı. Bu gün ildə bir neçə yüz insanda qeydə alınır.
Qızılca
Peyvəndin əhəmiyyətindən danışdıqda nümunə göstərə biləcəyimiz bir başqa yoluxucu xəstəlik də qızılcadır. Paramyxovirida sinifinə aid bir virusun səbəb olduğu bu xəstəlik, tənəffüs sistemi və digər orqanlara təsir edir. Qırmızı nöqtələr halında səpkilər və qrip bənzəri simptomlarla müşahidə olunan qızılca, korluq, beyin zədələnməsi və hətta ölümə belə səbəb ola bilir. 1950-ci illərin sonlarında hər il milyonlarla insan qızılcaya tutulur, 400-500 adam da həyatını itirirdi. Uşaqlarda qızılca, alman qızılcası və qulaqdibinə qarşı immunitet yaranmasını təmin edən , 2 doza tətbiq olunan QQA (Qulaqdibi,Qızılca, Alman qızılcası) peyvəndi sayəsində xəstəliklərin müşahidə nisbəti azaldı. Son vaxtlarda isə peyvənd əleyhdarı kampaniyalar səbəbiylə qızılca, yenidən təhlükəli bir epidemiya halına gəlib.
Alman qızılcası
Alman qızılcası olaraq da tanınan qızılca xəstəliyi bədəndə qızılcada olduğu kimi səpki və yüngülvari qızdırma kimi şikayətlərə səbəb olur. 1964-cu ildə ABŞ-da təxminən 12,5 milyon insan qızılcaya tutulub. Bu dövrdə 11000 qadında Rubella virusundan qaynaqlı abort hadisəsi ya da ölü doğum qeydə alınıb. 1960-cı illərin sonlarında həyata keçirilən qızılca peyvənd proqramı qızılcanın ABŞ-dan silinməsini təmin etdi. Ümumdünya Səhiyyə Təşkilatı, bir neçə il içərisində xəstəliyin bütün dünyadakı yoluxma sayını sıfıra endirməyi hədəfləyir.
Vaksinasiyanın əhəmiyyəti haqqındakı mübahisələri alovlandıran koronavirus ilə bağlı elm adamlarının etdiyi bəyanatlara görə onun peyvəndi qısa müddət içərisində hazır olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1153   Tarix: 18 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi maskalar geyim necə seçməli varikosel fransiz qadinlari kişi üzükləri qlazok yumurta kosmetika zehmet ve zinet bahar prostat kokelmek aslan