Pişikdən adama keçən parazit insanları gözəl göstərirmiş - FOTO

Pişikdən adama keçən parazit insanları gözəl göstərirmiş - FOTOToksoplazma öz daşıyıcılarını başqaları üçün daha cəlbedici edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Turku Universitetinin mütəxəssisləri araşdırma aparıblar.
Əvvəlki tədqiqatlar göstərmişdi ki, toksoplazmaya yoluxmuş erkək siçovullar dişilər üçün daha cəlbedici görünür və tədqiqatçılar bu təsirin insanlarda nə dərəcədə işləyəcəyini görmək istəyiblər.
Alimlər "T. gondii" ilə yoluxmuş 35 könüllü və 178 sağlam könüllü üzərində sınaqlar aparıblar. Birinci qrup mənsublarında "dalğalanan asimmetriya"nın (üz cizgilərinin simmetriyadan yayınmasının göstəricisi) daha aşağı olduğu ortaya çıxıb. Qeyd edək ki, simmetriya ümumiyyətlə daha yaxşı fiziki sağlamlıq, yaxşı genlər və vizual cəlbediciliklə əlaqələndirilir.
Bundan əlavə, toksoplazması olan qadınlar daha gözəl bədən quruluşuna sahib olublar, özlərini daha cazibədar hesab ediblər və cinsi partnyorları daha çox olub.
Tədqiqatçılar həmçinin 205 könüllüdən tədqiqat iştirakçılarının fotoşəkillərini qiymətləndirməyi xahiş ediblər. Könüllülər belə qənaətə gəliblər ki, toksoplazma daşıyıcıları daha sağlam və cəlbedici görünürlər.
Qeyd edək ki, "Toxoplasma gondii" paraziti adətən heyvanlarda (xüsusən pişiklərdə) çoxalır və kontakt zamanı insanlara keçir. O, şizofreniya da daxil olmaqla, geniş spektrli nevroloji və psixiatrik xəstəliklərlə əlaqələndirilir. Ancaq xüsusilə qadınlar üçün təhlükəli ola bilər; gələcək analarda hamiləlik dövründə problemlərlə nəticələnə, yaxud körpələrin səhhətində ciddi fəsadlara səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1303   Tarix: 19 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari sac duzumleri veten haqqinda insa zeytun mürəbbəsi gozalti qaralar ucun maska aysel əlizadənin toyu kosmetika ekizler sevgi ziyafet geyimleri qiz evi novruz hakista