Pıtrağın tikanları bir sıra ağır xəstəliklərin müalicəsində istifadə edilir

Pıtrağın tikanları bir sıra ağır xəstəliklərin müalicəsində istifadə edilirEl arasında dilarvadotu adlandırılan pıtraq yol kənarlarında, kövşənlərdə, boş və açıq ərazilərdə yabanı halda yetişir. Alaq otu kimi pal-paltara, coraba ilişib qalan pıtrağın sarı tikanları xalq təbabətində bir sıra ağır xəstəliklərin müalicəsində istifadə edilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu bitkinin tərkibi yodla zəngindir. Onun təzə çəkilmiş şirəsi qızılcanın müalicəsində tətbiq olunur. Bitkinin təzə yarpaqlarından hazırlanan gel dəmrov, ekzema və göbələk xəstəlikləri zamanı dəri zədələnməsində faydalı təsir göstərir.
Pıtraq otu bronxial astma zamanı nəfəsvermə çətinləşəndə tənəffüs yollarının spazmını aradan qaldıran uğurlu vasitədir. Bitkinin bişirməsi bağırsaq sancıları, ishallar, mədə-bağırsaq pozulmaları və dizenteriyada, eyni zamanda müxtəlif dəri xəstəlikləri zamanı qəbul edilir. Pıtraq otunun toxumlarından boğaz və qırtlaq xərçəngi və vərəmin müalicəsində istifadə olunur.
Bitkinin toxumları xırda-xırda doğranılaraq siqaret kimi çəkilir və yaxud bir ovuc toxum 2 stəkan suya tökülür, üzərinə qaynar su əlavə edilərək vam ocaqda qaynadılır və əmələ gələn buxarla 3-5 dəqiqə nəfəs alınır. Babasil və oynaqlarda revmatizm zamanı yarpaqların təzə sıxılmış suyundan təpitmə qoyulur. Pıtraq bitkisindən böyrək, sidik kisəsi iltihabının müalicəsi ilə yanaşı anginalarda da qarqara kimi istifadə edilir.
Dəri xəstəlikləri zamanı, xüsusən də övrə, göbələk xəstəlikləri, dəri xərçəngi, ekzema, dəmrov, çivzə kimi səpgilərdə daxilə qəbul edilir, həmçinin vanna, islatma, müalicəvi məlhəm və maz şəklində tətbiq olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1153   Tarix: 08 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

maskalar hamilelikde qidalanma qis geyimləri 2026 paxla cigirtmasi kartof qizartmasi hazirlanmasi sağlamlıq haqqında arıqlama pəhriz kosmetika novruz haqistalari hakista sozler qoğalın nağlı hamilelik baldiza aid hakisda