"Piylənmə və şəkərli diabet bir-biri ilə əlaqəlidir"
"Təəssüf ki, piylənmədən əziyyət çəkən xəstələrin sayı gündən-günə artmaqdadır".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımova deyib.
O bildirib ki, piylənmə ilə şəkərli diabet bir-biri ilə əlaqəlidir:
"Hər iki xəstəlik üçün artım eyni səviyyədədir. Bütün yaş qruplarında bu özünü göstərir. Lakin uşaq və yeniyetmələr arasında piylənmə son illərdə çox artıb. Zərərli qidalardan istifadə etməyimiz bu xəstəliklərin artmasına gətirib çıxarır. Əhalinin böyük əksəriyyətində insulin rezidentliyi aşkarlanır. Bu, orqanizmdə insulinin normadan artıq olmasıdır".
O deyib ki, uşaq və yeniyetmələr əvvəllər daha aktiv idilərsə, hazırda vaxtlarını daha çox müasir texnologiyalarla keçirirlər:
"Kompüter və mobil telefonlardan istifadə hərəkətsizliyə gətirib çıxarır ki, bu da nəticədə piylənməyə səbəb olur" - o əlavə edib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi