Populyarlaşan balaca və yumru təhlükə: Qulaqlıqların sağlamlığımıza hansı təsirləri var?

Populyarlaşan balaca və yumru təhlükə: Qulaqlıqların sağlamlığımıza hansı təsirləri var?"BMJ Global Health" jurnalında qulaqlıqların sağlamlığımıza təsiri ilə bağlı aparılan elmi tədqiqatın nəticələri dərc olunub. Alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, qulaqlıqlardan istifadə edən 1 milyarddan çox insan eşitmə itkisi riski altındadır. Yazıda qeyd edilib ki, qulaqlıqdan istifadə gənclərdə eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur. Bu səbəbdən gələcəkdə bir çox insan eşitmə qabiliyyətini itirəcək.
Elə ətrafımıza fikir versək, hər 5 gəncin 4-nün intensiv şəkildə qulaqlıq istifadə etdiyini görə bilərik. Naqilsiz qulaqlıqlar bazara çıxandan sonra bu tendensiya daha da artıb. Hər birimiz müəyyən zamanlarda, bəzi məqsədlər üçün qulaqlıq istifadə etməli oluruq. Lakin fikir verdikdə görürük ki, qulaqlıqdan mütəmadi istifadə edənlərin diqqəti dağınıqdır. Hətta dəfələrlə eşitmişik ki, qulaqlıqdan istifadə etdiyi üçün səsi eşitməyən, qatarın, maşının altında qalaraq həyatını və ya sağlamlıqlarını itirənlər olub.
Bəs dövrün tələbinə çevrilən bu vasitənin ümumilikdə qulaqlarımıza və sağlamlığımıza hansı təsirləri var?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Psixoloq Murad İsayev deyir ki, qulaqlıq insanlarda asılılığa səbəb olur:
"Qulaqlıqlardan istifadə həqiqətən də həddindən artıq çoxdur. Hətta demək olar ki, patoloji dərəcədədir. Bu kimi alətlər insan psixologiyasına çox pis təsir göstərir. Musiqidə müəyyən herslər olur. Musiqiçilər insanlar dinləsinlər deyə, müəyyən ritmlər, tembrlər qoyurlar. Bu da insanlarda asılılıq yaradır".  
Psixoloqa görə, qulaqlığın həyatımıza vurduğu ziyanlar çoxdur:
"3 yaşa qədər uşaqlardan musiqini, qulaqlığı uzaq tutmaq lazımdır. Bəzi valideynlər isə uşaqları qulaqlıqla yatızdırırlar. Özləri qulaqlıqla hansısa bir filmə və ya musiqiyə qulaq asarkən, uşaq da qulaqlıqla yatır. Maşınla gedərkən də qulaqcıqdan istifadə etmək, zəngə cavab vermək düzgün deyil. Ona görə ki, diqqət ora yönəlir, insanlar getdiyi yola konsentrasiya ola bilmir. Naqilsiz qulaqlığın beyinə təsiri lap çoxdur. Ona görə limitli istifadə etmək lazımdır".
Həkim-audioloq Amaliya Məmmədovanın sözlərinə görə, texnikanın sürətlə inkişafı ilə əlaqədar insanların həyatına daxil olan texnoloji avadanlıqlardan biri də qulaqlıqlardır:
"Faydası harada olmağımızdan asılı olmayaraq səs və küydən uzaqlaşmağımıza kömək etməsidir. Qulaqlıqdan istifadə edərək kənardakı insanları narahat etmirsiniz".
Həkimin fikrincə, səsin qulağımızdan beynimizə daxil olma mexanizmi qulaqlıq vasitəsilə pozula bilər:
"Qulaq seyvanı və xarici qulaq kanalı ətrafdan gələn səsləri qulaq pərdəsinə çatdırır. Qulaq pərdəsi səslərin təsirindən titrəyərək bu səsləri qulaq sümükcükləri vasitəsilə daxili qulağa 27 dəfə artıraraq ötürür. Bəzi əzələ qrupları ani səs yüksəkliyi olduqda qulağın zədə almasının qarşısını alaraq özünü gərginləşdirir, sümükcüklərin titrəyişinə mane olur. Uzun müddət yüksək səsə məruz qalmaq buradakı hüceyrələrin zədələnməsinə səbəb olur. Bu zədə qalıcı eşitmə itkisinə yol aça bilər. Ona görə də səsin qulaqlıq vasitəsilə deyil, xaricdən gəlməsinə üstünlük verilməlidir".
A.Məmmədova qeyd etdi ki, qulaqlıqdan istifadə təkcə eşitmə zəifliyinə yox, həmçinin infeksiyalara da səbəb ola bilər:
"Qulaqlıqlarla qulağı tamamilə bağladığınızda içəridə qapalı mühit meydana gəlir. Bu mühitin nəmlənməsi, tərləməsi, havalanmaması göbələk və bir çox infeksiyalara səbəb ola bilər. Ən əsası, xarici qulaq kanalı infeksiyası keçirə bilərsiniz. Qulaqlarımızda uzun müddət qulaqlıq olması bakteriyaların sayının artmasına səbəb olur. Bundan əlavə, xarici qulaq kanalımızda "qulaq kiri" deyilən ifrazat var. Biz hiss etmədən bu ifrazat xaricə doğru atılır. Uzun müddət qulaqlıq taxmaq bu ifrazatın atılmasına mane olur. Nəticədə daha da içəri - qulaq pərdəsinə itələnməsinə və qulaq kiri tıxacına səbəb olur. Həmçinin qulaqlıqlarımızı başqasına verdiyimiz təqdirdə qulaq infeksiyasına yoluxma riskimiz artır".
Audioloq bildirdi ki, balaca görünən bu alətlər həyatımızı məhv edə bilər:
"İstifadəsinin rahat olması səbəbilə üstünlük verilən naqilsiz bluetooth qulaqlıqlar düşündüyümüz qədər məsum, ziyansız deyil. Yaydıqları radiasiya və elektromaqnit dalğaları bir çox sağlamlıq probleminə səbəb olur. Bu dalğaların yaydığı maqnit sahəsi başda beyin toxuması olmaqla sinir sisteminə zərər verir. Radiasiya yayan bluetooth qulaqlıq kimi cihazların uzun müddət istifadəsi xərçəng kimi bir çox xəstəliyin yaranmasına səbəb ola bilər. İstər kanaliçi, istərsə də qulaqüstü qulaqlıqların törətdiyi fəsadlar eynidir. Qulaqüstü cihazlar qulaqiçi qulaqlıqlardan daha zərərsiz qəbul edilsə də, daima dəri ilə təmas etməsi müxtəlif bakteriya və göbələklərin inkişafına səbəb olur. Əsas da idman etdikdə tər vəzilərinin aktiv çalışması zamanı bu hal baş verir".
A.Məmmədovanın sözlərinə görə, qulaqlıqdakı səsə və nə qədər istifadə etməyimizə diqqət etməliyik:
"110 desibeldən daha yuxarı səs səviyyəsində qulaqlıq istifadə etmək çox ziyandır. 110 desibel dedikdə gəmi, təyyarə motorunun səs səviyyəsi nəzərdə tutulur. Bu səslərə mümkün olduqca çox az məruz qalmaq lazımdır. Gündəlik eşitdiyimiz səslər insan qulağı üçün ən ideal 60-70 desibellik səs aralığında olmalıdır. Qulaq içinə qulaqlıq yerləşdirdiyimizdə bu səsi daha yüksək desibeldə eşitmiş oluruq. Kənardan eşitdiyimiz 60 desibellik səsi qulaqlıq vasitəsi ilə 80-90 desibel kimi eşidirik. Hələ xarici qulaq kanalını tamamilə qapadığımızda qulaq pərdəsi daha çox təzyiqə məruz qalmış olur. 15 dəqiqədən çox qulaqlıq istifadə etmək məsləhət görülmür. Qulaqlıqların qulağa zərər verməsinin qarşısını almaq üçün ən vacib şərtlərdən biri uzun müddət istifadədən qaçmaqdır. Bir film izlədikdə və yaxud musiqi dinlədikdə qulaqlıqsız dinləyin. Vacib olmadıqca qulaqlıqlardan istifadə etməyin. Qulaqlıq istifadə etməyə məcbursunuzsa, arada mütləq fasilə vermək lazımdır. Çalışın qulaqüstü qulaqlıqlara üstünlük verin. Qulaqlarda küy, eşitmədə azalma hiss etdikdə həkimə müraciət edin".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1586   Tarix: 08 yanvar 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

sac duzumleri kosmetik vasiteler gözəllik məhsulları necə hamilə qalmaq olar bulka reseptləri yuxuda balqabaq boşanma səbəbləri kosmetika qiz evi haxista sağlamlığın sirleri baliq hamilelik gozde olar