Portuqaliya COVID-19 dərmanlarına 32,7 milyon avro xərcləyəcək
Portuqaliya hökuməti 2022-ci ildə COVID-19-a qarşı dərmanların alınması üçün 32,7 milyon avro (35,9 milyon ABŞ dolları) xərcləməyə icazə verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Şurası tərəfindən qəbul olunan paketdə vurğulanır ki, bu xərclər "pandemiya vəziyyətinin təkamülü səbəbindən" zəruridir və Portuqaliya xalqının "SARS-CoV-2 virusunun səbəb olduğu xəstəlik üçün terapevtik seçimlərə çıxışını təmin etməkdir".
Portuqaliyanın Baş naziri Antonio Kosta tərəfindən imzalanan sərəncam virusa qarşı mübarizə aparan Remdesivir dərmanının alınmasına, həmçinin COVID-19-a qarşı peyvəndlərin saxlanması və əldə edilməsinə maliyyə ayrılmasına icazə verir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Dəniz suyunun saçlara vurduğu zərər
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
Bir stəkan çay müalicəni puç edə bilər
Tut yeməyin faydaları
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert