Prezident necə formada qalır? - Zelenskinin GƏNCLİK SİRRİ (VİDEO)

Prezident necə formada qalır? - Zelenskinin GƏNCLİK SİRRİ (VİDEO)Seçicilərin hakimiyyətdə gümrah və enerjili insanları görmək istədiklərini anlayan bəzi Ukrayna siyasətçiləri idman salonlarına baş çəkməyə, artıq çəki itirməyə və məşq görüntülərini sosial şəbəkələrdə nümayiş etdirməyə başlayıb.
Məsələn, baş nazir Vladimir Qroysman son aylarda 20 kiloqramdan çox arıqlayıb. "Sadəcə iradəmi topladım və idman zalına yazıldım. Eyni zamanda çörək və kartofdan da imtina etməli oldum, baxmayaraq ki, kartofu çox sevirəm", - deyə nazir idman salonundan paylaşdığı fotolara təvazökarlıqla şərh verib.
Köhnə siyasətçilərin daha yaxşı görünmək istəyi seçicilərin rəğbətini qazanmaq mübarizəsi ilə əlaqədardırsa, prezident Vladimir Zelenski illərdir idmanla məşğul olur. O, formada qalmaq üçün vaxtlı-vaxtında idmanını edən kişilərdəndir. Son 2 ildə o, hətta öz idman bloqu olan "Ze Kubiki" də yaradıb. İş yükünə baxmayaraq, 41 yaşlı siyasətçi mütəmadi olaraq idman zalına baş çəkir.
bu yazıda oxucuları Ukrayna prezidentinin cavanlıq sirləri ilə tanış edir:
Düzgün məşq

İki ildən çoxdur ki, məşqçi Vadim Danilçenko ölkə başçısının qidalanma və fitnes məşğələlərindən məsuliyyət daşıyır. Yeri gəlmişkən, birinci xanımın da məşqçisi Vadim Danilçenkodur. Onların daha iki məşqçisi var: biri hovuzda məşq etməyə kömək edir, digəri Tayland boksunu öyrədir.
Təlim həftədə 5 dəfədir, lakin məşqlərin vaxtları Zelenskinin planlarından və iş qrafikindən asılıdır. Ümumiyyətlə idman dərsləri 7:30-da başlayır və təxminən bir saat davam edir. Təlimin prezident administrasiyasının idman zalında baş tutması xüsusilə diqqətəlayiqdir. Bu rahatdır, çünki duş və səhər yeməyindən sonra siyasətçi dərhal təcili vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmağa başlayır.
Məşqçi qeyd edir ki, prezidentlik kampaniyasının aktiv dövründə də Zelenski çalışırdı ki, məşqləri axsatmasın. O dövrdə ən böyük fasilə 4-5 gün idi:
"Görüşə bilmədiyimiz günlərdə belə o, tək məşq edir. Müxtəlif kardioməşqlər ola bilər, məsələn, yerində qaçış", - deyə Vadim Danilçenko açıqlamasında qeyd edib.
Vladimirin ən çox sevdiyi məşqlərdən biri də uzanıb sinəsi üstünə ştanq qaldırmaqdır. Təlim sinə əzələlərin tonunu və inkişafını qorumaq üçün faydalı olsa da, bu, proqramda həftədə bir dəfədən çox qeyd olunmayıb. Ancaq sevilməyən məşqlər arasında ayaqlar üçün kompleks məşq, qarın əzələləri məşqləri gəlir.
"Bizim paxlava qarın əzələləri yaratmaq məqsədimiz yoxdur. Əsas sağlam, enerjili və gümrah olmaqdır", - deyə Danilçenko bildirib.
Təlim zamanı düzgün bəslənmə müvəffəqiyyətin açarıdır, odur ki, bu aspektdə Ukrayna prezidentinin riayət etdiyi əsas prinsiplərin nə olduğunu izah etməyə dəyər:
- Həddindən artıq yemək olmaz. Prezidentin rasionu gündəlik kalori qəbulu nəzərə alınmaqla hesablanır.
- Səhər daha çox kalorili yeməklərə üstünlük verilir, axşam isə daha az. Ən doyurucu yeməklər idman məşqlərindən sonra gəlir.
- Yüksək karbohidrat və şəkər tərkibli qidalar yolverilməzdir. Un məhsulları və şirniyyatdan, həmçinin souslardan imtina etməliyik.
- Su balansının qorunması. Gündə 2-2,5 litr su içilməlidir.
- Yaxşı effekt üçün möhkəm yuxu lazımdır, ancaq gərgin iş qrafiki səbəbilə prezident bu bəndə uyğun gəlmir. Zelenskinin dediyinə görə, orta hesabla 6 saatdan çox yatmır.
Bununla yanaşı dövlət başçısının zəif cəhətləri də var: məsələn, Zelenski alkoqolu pəhrizdən kənarlaşdırmayıb və özünə bir qədəh qırmızı şərab icazə verə bilər. Məşqçi etiraz etmir. "Bu, onun pəhrizindəki yeganə alkoqol olduğundan, axşam yeməyində bir badə şərabla bağlı heç bir problem görmürəm", - deyə Vadim ona haqq qazandırır.
Uğurlu bir insan olmaq asan deyil. Həyatın bütün aspektləri üzərində işləməliyik, çox vaxt özümüzü yeməkdən, əyləncədən və hətta möhkəm yuxudan məhrum etmək məcburiyyətindəyik.
Musiqiçi, Hollivud ulduzu və ya siyasətçi olmağınız o qədər də vacib deyil, həmişə sizi tənqid edənlər tapılacaq. Ancaq bəlkə də bu düzgündür, çünki "sağlam tənqid"i qəbul etmək yalnız stimullaşdırır və bədəni daha yaxşı hala gətirir.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2012   Tarix: 10 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari gozel gorunmek göyəm turşusu otaq dizaynları nişanlılıq badımcan yeməyi kosmetika burcler haqqinda bayatılarımızda vətən həsrəti naz mila suni mayalanma oxatan