Prezident və ailəsi Arif Paşayevin yubileyində
Dünən Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın atası Arif Paşayevin 80 illik yubileyi olub.
Nəvələri Arzu Əliyeva və Ülviyyə Mahmudova şəxsi İnstagram səhifələrində Arif Paşayevin ad günündən şəkillər paylaşıblar. Ü.Mahmudova paylaşdığı şəklə "həmişəki kimi oturmuşuq" qeydini də əlavə edib. Onun paylaşdığı daha bir şəkildə isə prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, professor Nərgiz Paşayeva və qızları Arif Paşayevlə yanaşı görünür.