Professor: Karantin zamanı bəzi dermatonevroloji xəstəliklərin azalacağı gözlənilir

Professor: Karantin zamanı bəzi dermatonevroloji xəstəliklərin azalacağı gözlənilirDermatovenerologiya özündə həm dəri xəstəliklərini, həm də cinsi yolla keçən xəstəlikləri birləşdirir. Etiologiyasına görə dəri xəstəlikləri infeksion və qeyri-infeksion, qeyri-infeksion xəstəliklər isə bir çox hallarda polietioloji olur. Onlardan bəziləri, məsələn, pemfiqus, bulloz, epidermoliz və s. autoimmun mənşəlidir və yaranma səbəbləri elmə dəqiq məlum deyil. Cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı. Əvvəllər 4 belə xəstəlik məlum idisə, indi diaqnostik metod və cihazların inkişafı ilə əlaqədar 50-dən çox belə xəstəlik məlumdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyib.
Professorun dediyinə görə, ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi: "Ötən əsrin axırlarından etibarən yoluxucu xəstəliklərdən olan sifilisin yayılmasında artım müşahidə olunsa da, son iki ildə həmin xəstəlikdə stabilləşmə nəzərə çarpır. Sovet vaxtı zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. İndi xəstələr müalicə şəraitini özləri seçir, bəzi hallarda isə anonim şəkildə müalicə alırlar və bu, statistikaya təsir göstərir. Hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi aparılması üzrə işlər gedir.
Pandemiya dövründə tətbiq olunan karantin zamanı insanlar arasında sıx təmasların azalaraq minimuma enməsi cinsi yolla keçən infeksiyalara yoluxmanın azalmasına səbəb olacaq. Həmçinin fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunacağı gözlənilir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1305   Tarix: 19 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

qadin dunyasi kosmetik vasiteler geyim seçimi qarazire faydalari qadinlar haqqinda maraqli melumatlar badimcandan qisa hazirliq gavalı salatı kosmetika yumurta vətən haqqında atalar sözləri bahar vicdan hakışda