Professor: Lazımsız antiviral və antibiotik istifadəsi COVID-19-a yoluxma halında

Professor: Lazımsız antiviral və antibiotik istifadəsi COVID-19-a yoluxma halındaSon aylarda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halında müşahidə edilən artımın əsas səbəbi əksər vətəndaşların daha əvvəllər guya profilaktik məqsədlə müxtəlif antiviral preparatlar, geniş təsir spektrli antibiotik kimi lazımsız dərmanlar qəbul etməsi idi. COVID-19-a yoluxma reseptor mexanizmlərlə baş verir. Belə olan halda, yoluxma anında və onun ilk günlərində - hələ anticisimlər əmələ gələnə qədər, immun sistemi virusu tanımır. Ona görə də sağlam şəxslərin immunomodulyator və ya antiviral preparatlar qəbul etməsi öz-özünə qəsd deməkdir. Nəzərə almaq lazımdır ki, immunomodulyatorlar və antivirallar COVID-19-a yoluxma halında immun sistemini məhv edə bilər. Bütün bunları nəzərə alaraq vətəndaşları lazımsız antiviral və antibiotik istifadəsindən yayınmağa çağırırıq.
Milli.Az xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Professor bildirib ki, yoluxmanın artma səbəblərindən biri də uzunmüddətli sərt karantin tədbirləri nəticəsində virus və canlı orqanizm arasında birgə yaşayış prinsipinin pozulmasıdır: "Nəzərə almaq lazımdır ki, virus canlı varlıq kimi qəbul olunmur, çünki canlılığın məlum 3 şərti var: genom quruluşuna sahib olmaq (virusun genom quruluşu var), ətraf mühitlə mübadilə (virus ətraf mühitlə mübadiləyə girə bilmir), artıb-çoxalma, yəni nəsilartırma (virus nəsilartırma qabiliyyətindən məhrumdur). Viruslar isə yalnız canlı hüceyrənin genom quruluşundan müştərək istifadə hesabına arta bilir. Yəni, virusa xas selektiv-instinqtiv hal yalnız canlı hüceyrəyə daxil olmaqdır. Buna mane olduqda virus ştamlarında kəskin aqressivləşmə müşahidə olunur. Ona görə də sərt karantin tədbirlərindən sonra viral infeksiyaların kəskin artımı qeydə alınıb. Məhz buna görə, xəstələrin təcrid müddəti məlum viral infeksiyanın inkubasiya dövründən artıq olmamalıdır.
İstənilən halda, yoluxmada müşahidə olunan artım mütləq qanunauyğunluqdur. Bundan qorxmaq lazım deyil. Sadəcə olaraq, şəxsi gigiyenik qaydalara daima əməl etmək və vaksinasiya olunmaq kifayətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1012   Tarix: 23 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

kosmetika mehsullari geymler 2026 sac duzumleri xina ucun bayatilar piroq reseptləri kosmetologiya uşaq və təhsil kosmetika vətənə aid bayatılar 8 mart qz eviyçun hakışta bakire vətən həsrəti