Professordan koronavirus proqnozu - PİK HƏDDƏ çatacaq
Türkiyəli pulmonoloq, professor Bünyamin Sertoğulları koronavirus yoluxmalarının fevral ayından etibarən yenidən artacağını iddia edir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor bunu karantin tədbirlərinin yumşaldılması ilə əlaqələndirib.
"Son günlərdə insanlar tədbirlərə əməl etmir, küçələrə çıxır, qohumlarını ziyarət edir. Bu, qorxduğumuz mənzərədir. Virus yenidən aramızda dolaşmağa başlayıb. Xəstə sayının və süni nəfəs aparatına bağlanan insanların azalması sizi aldatmasın. Əgər əhali tədbirlərə riayət etməsə, vəziyyət kritik həddə çatacaq. Daha çox gənc nəsil çıxıb gəzməyə üstünlük verir. Xəstəlik riski az olduğundan çoxu koronavirusu asimptomatik keçirir. Bu da aşağı düşən xəstə sayının çoxalmasına səbəb olur. Virusun yayılacağını nəzərə alsaq, xəstəlik fevral ayının ortalarında pik həddə çatacaq. Xüsusilə mağazalarda sıxlığın olması bizi narahat edir.
Bir qrup əhali peyvənd olunsa da, karantin qaydalarına əməl etməyə davam etməlidir. Peyvəndin təsirinin görünməsi üçün bir ay ərzində 2 doza tətbiq olunmalıdır. Kütləvi immunitetin yaranması üçün əhalinin ən az 60 faizinin peyvənd olunması lazımdır".
Aytən Məftun









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir