Psoriatik artrit. Simptomlar, diaqnostika, müalicə

Psoriatik artrit. Simptomlar, diaqnostika, müalicəPsoriaz – dərinin uzun müddətli xroniki residivləşən xəstəliyidir. Bu xəstəliyin əlilliyə gətirib çıxardan əsas əlamətlərindən biri oynaqların zədələnməsidir – buna psoriatik artrit deyilir.

Psoriatik artrit - dərinin psoriatik zədələnməsi ilə birgə, əsasən əllərin distal falanqalararası, ayaqlarda daraq falanqalararası oynaqların və onurğa sütununun zədələnməsi ilə müşayət olunan xroniki iltihabi seroneqativ spondiloartropatiyadır.

Psoriatik artrit hər bir yaşda, hətta uşaqlarda da təsadüf edə bilər. Amma adətən 30—50 yaş arası dövrdə qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinir.

Psoriatik artritin simptomları

Xəstədə halsızlıq, ağrı, bədən hərarətinin yüksəlməsi, oynaqlarda şişkinlik müşahidə olunur.

Psoriatik artrit oynaqların asimmetrik, proqressiv zədələnməsi ilə müşahidə olunan oliqo- və ya poliartrit formasında ola bilər. Hər bir oynaq, o cümlədən də periferik oynaqlar (distal falanqalararası) və aksial oynaqlar (onurğa sütunu, oma-qalça oynaqları) zədələnə bilir.

Ən çox zədələnən oynaqlar əl oynaqları və biləklərdir. Bundan sonra ayaqlar, aşıq-baldır, diz, bazu oynaqlarının zədələnməsi rast gəlinir.

Oynaqların asimmetrik zədələnməsi xarakterikdir. Psoriatik artrit zamanı oynaq ətrafı strukturlar da zədələnə bilir. Nəticədə tendovaginit (vətər yatağının iltihabı), daktilit (barmağın iltihabı) və ya əllərin "sosiska" tipli qalınlaşması və entezit (vətərin sümüyə birləşmə yerinin iltihabı) yaranır.

Oynaqların iltihabi dəyişikliyi müxtəlif formada büruzə verə bilər: sinovial qişanın və ətraf toxumaların iltihabı, entezit, osteit, ağır osteoliz. Psoriatik artrit zamanı, digər seroneqativ spondiloartritlər kimi, oynaqdan kənar zədələnmələr: gözlərin iltihabı, sidik ifrazat və ürək-damar sisteminin zədələnməsi (irit, konyuktivit, aortal anevrizma, uretrit) müşahidə oluna bilər.

Psoriatik artritin klinikası

Psoriatik artritin gedişi dəyişkəndir: yüngül zədələnmədən tutmuş əlilliyə səbəb olan ağır artropatiyalara qədər dəyişir. 40—60% xəstələrdə eroziv deformasiyaedici artrit müşahidə oluna bilər və birinci ildən də proqressivləşə bilər. Psoriatik artrit daimi kəskinləşmə və remissiya ilə növbələşir. Müalicə almadıqda psoriatik artrit xəstələrində persistəedici iltihab müşahidə olunur, nəticədə oynaqların proqressivləşən zədələnməsi, fiziki aktivliyin ciddi dərəcədə məhdudlaşması, əlillik yaranır. Psoriatik lövhəciklər və ya dırnaqların psoriatik zədələnməsi olduqda diaqnozu qoymaq asanlaşır.

Psoriatik artriti digər revmatoloji xəstəliklərdən fərqləndirmək lazımdır. Psoriatik artrit zamanı zədələnmiş oynaqlar az ağrılı və az şişkin olur, revmatoid artritdən fərqli olaraq qeyri simmetrik oynaqlar zədələnir. Daktilit, entezit, distal falanqalararası oynaqların zədələnməsi revmatoid artrit üçün deyil, psoriatik artrit üçün xarakterdir.

Psoriatik artriti osteoartroz ilə də diferensasiya etmək lazımdır. Psoriatik artritdə olduğu kimi osteoartrozda da distal falanqalararası oynaqların zədələnməsi olur. Amma osteoartroz üçün xarakter olan klassik Geberden düyünləri distal falanqalararası oynaqların zədələnməsi və sümük çıxıntılarının (ekzostoz) yaranması ilə müşayiət olunur.

Psoriatik artrit zamanı distal falanqalararası oynaqların zədələnməsi iltihabi dəyişikliklərlə xarakterizə olunur. Psoriatik artrit üçün səhərlər və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra yaranan hərəkət məhdudluğu xarakterdir.

Osteoartroz zamanı hərəkət məhdudluğu əsasən aktiv hərəkət zamanı yaranır.

Psoriatik artirt qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinirsə, osteoartroz əsasən qadınlarda təsadüf edir. Osteoartrozlu xəstələr üçün entezit (vətərlərin sümüyə birləşmə yerində iltihab), daktilit (əl və ya ayaq barmağının iltihabı) və sakroileit (oma-qalça oynağının iltihabı) adətən xarakterik deyil.

Psoriatik artrit zamanı rast gəlinən onurğa sütununun aksial zədələnməsi (psoriatik spondilit) ankilozlaşan spondilit ilə (hansı ki əsasən onurğa sütununu və oma-qalça oynaqlarını zədələyir) oxşarlıq təşkil edir. Ankilozlaşan spondilitdən fərqli olaraq psoriatik artrit zamanı simptomatika nisbətən zəif, zədələnmə asimmetrik, az ağır gedişatlı olur. Psoriatik lövhələr və dırnaqların zədələnməsi ankilozlaşan spondiloartritdə olmur. Aksial psoriatic artrit sakroileit (adətən asimmetrik və simptomsuz olur) və ya spondilit şəklində keçir. Ankilozlaşan spondiloartritdən fərqli olaraq psoriatik artrit zamanı oynağın hərəkətliliyi az dərəcədə pozulur və ankiloz (oynağın tam hərəkətsizliyi) yaranmır.

Digər revmatoloji xəstəliklər, məsələn: osteoartrit, yumşaq toxumaların revmatik zədələnməsi, septik artrit, revmatoid artrit psoriazla müşayiət oluna bilər, bu zaman diaqnostika çətinləşir. Həm də psoriaz adətən bağırsağın iltihabi xəstəlikləri və ankilozlaşan spondiliti olan xəstələrdə tez-tez rast gəlinir.

Psoriatik artritin diaqnostikası

Diaqnostikada əsasən, anamnez və xəstənin obyektiv müayinəsi, seroloji, rentgenoloji, ehtiyac yaranarsa genetik müayinələr aparılır. Əsas aşağıdakılara diqqət yetirilməlidir:

1. Anamnezdə və ya irsiyyətdə psoriaz xəstəliyinin olması. Psoriaz dərinin və başın tüklü hissəsinin zədələnməsi ilə müşayiət olunur.

2. Dırnaqların psoriatik zədələnməsi: onixolizis, nöqtəvari çökəkliklər, hiperkeratoz şəklində ola bilər.

3. Anamnezdə daktilitin olması.

4. Oynaqlarda iltihabi dəyişikliklər, oynaqlarda ağrı və zəiflik, səhərlər hərəkət məhdudluğu, əmək qabiliyyətinin azalması müşahidə olunur.

Əsas laborator analizlərdən qanın ümumi analizi, eritrositlərin çökmə sürəti, C-reaktiv zülal, qaraciyər və böyrəklərin standart funksional müayinələri aparılır. Rentgenoloji müayinə zamanı oynaqlarda struktur zədələnmələri müşahidə olunur. Xəstəliyin ilkin mərhələlərində rentgenoloji müayinə normal ola bilər, amma paravertebral ossifikasiya, periartikulyar osteopeniya, oynaqların eroziv zədələnməsi ola bilər.

Psoriatik artritin rentgenoloji əlamətləri destruktiv və proliferativ dəyişikliklər formasında ola bilər. Eroziya -tipik destruktiv dəyişiklikdir, adətən oynağın kənar hissələrindən başlayır və mərkəzə doğru yayılır. Yayılmış eroziv dəyişikliklər nəticəsində xarakterik rentgenoloji mənzərə - "stəkanda karandaş " (bir oynaq səthinin digər oynaq səthinin əsasına doğru protruziyası) mənzərəsidir. Ağır hallarda falanqaların dağılmasına səbəb olan osteoliz və oynaq ankilozu baş verir.

Psoriatik artritin müalicəsi

Müalicədə əsas istiqamət xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, remissiya (sakitləşmə dövrü) əldə etməkdir. Erkən başlanmış müalicə tez bir zamanda xəstəliyin proqressivləşməsinin və ağırlaşmalarının qarşısını almağa imkan verir. Müalicədə qeyri steroid iltihab əleyhinə preparatlar, metotreksat, sulfosalazin, leflunomid istifadə olunur. Son vaxtlar psoriatik artritin müalicəsində yeni bioloji preparatlar (antisitokin müalicə) - şiş toxuması nekroz faktorunun ingibitoru (TNF- α ingibitorları) istifadə olunur: adalimumab, etanersept, infliksimab

Sağlamlıq     Baxılıb: 1530   Tarix: 20 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

turlar.az

geyim necə seçməli toy makiyaji sekilleri kosmetik vasiteler qara gavalinin faydalari mastopatiya haqqinda ev ve dizayn körpələrdə süni qidalar kosmetika banan kondom hamilelik azerbaycan nağıllar